Heydər Əliyev və milli təhsilimiz
Elm və təhsil

Heydər Əliyev və milli təhsilimiz

Cəmiyyət şəxsiyyətlərlə toplumun, cəmiyyət üzvlərinin sintezidir. Toplumu arxasınca apara bilən bir şəxs böyük şəxsiyyətə çevrilməklə proseslərin ideya müəllifi hərəkətverici qüvvəsi olur. Lakin ən gözəl, mütərəqqi ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. İdeyanın gerçəkləşməsi əsas şərtdir. Amerika filosofu R.Emersonun: “İdeyalar yaxşı güclü insanların əqli qüvvəsi ilə həyata keçməlidir, yoxsa o, xəyaldan başqa bir şey olmayacaqdırfikiri bunu bir daha təsdiq edir.

Cəmiyyəti bir piramidaya bənzətsək, alt müstəvilərini hadisələr, maddi həyat, zirvəsini isə müəyyən ideya səviyyəsi kimi təsvir etmək olar. İdeyadan başqa maddi heç olmayan bu zirvədən aşağıya ideyalar gəlir. Məhz böyük şəxsiyyətlər başqalarından fərqlənərək mövcud ictimai münasibətlərin, mühitin məhdudlaşdırıcı baryerini keçməklə cəmiyyətdən ayrılaraq onun fövqünə yüksəlir.

 

Hərəkət dialektikasından hamımıza məlumdur ki, inkişaf fərqdən yaranır, yəni müxtəlifliyin vəhdətindən doğur, ictimai inkişafın səviyyəsi isə əsasən identik olan əksəriyyətin deyil, daha çox liderlərin, şəxsiyyətlərin, fərqlənənlərin səviyyəsindən asılıdır. Çünki eyni səviyyədə, tamamilə identik adekvat biliklərə malik olanlar bir-birini inkişaf etdirə bilməz. Sadə dillə desək, cəmiyyətin inkişafı üçün kimsə irəli çıxmalı, zirvəyə qalxmaqla tərəqqi yoluna işıq salmalıdır. Bu səbəbdən ictimai tərəqqi fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə müəyyən olunur.

Cəmiyyətin sosial ideala doğru hərəkətə gətirilə bilməsi üçün toplumun şəxsiyyətə, liderə inam bəsləməsinə nail olmaq yetərlidir. Yenə əsas vəzifə şəxsiyyətin üzərinə düşür. İnamı qazana ya doğrulda bilməyən şəxsiyyətləri isə tərki-dünyalıq ya tənhalığın acı faciəsi gözləyir (yaxın uzaq tarixə nəzər salın). Beləliklə, tam əminliklə demək olar ki, cəmiyyəti inkişaf etdirən şəxsiyyətlərdir.

Cəmiyyətin mükəmməl bir mexanizm kimi işləməsi üçün müxtəliflik əsas amildir. Hamının bilik bacarıqları eyni olduqda real əmək bölgüsü obyektiv olmadığından təkamül prosesi baş verə bilməz. Ümumiyyətlə, cəmiyyətin, toplumların inkişafı üçün müxtəlif istiqamətlərdə ixtisaslaşan insanların məqsədyönlü kombinasiyasından böyük miqyaslı işlər görməyə qadir ictimai mexanizmlər hazırlanmalıdır. Belə olduqda sivilizasiyanın özü belə hərəkətverici qüvvəyə malik olmuş olur.

 

Ekstraordinar qərarlar dövrü

Ötən əsrin 90- illərinin əvvəlindən Azərbaycanda yeni cəmiyyət müstəqil dövlət quruculuğu başladı. Azərbaycan müstəqil dövlət quruculuğu prosesinə elə bir tarixi, ictimai-siyasi şəraitdə qədəm qoydu ki, sosial həyatın, iqtisadiyyatın, maddi mənəvi mədəniyyətin bütün sahələrində standart inkişaf qanunauyğunluqlarına söykənərək fəaliyyət göstərmək kifayət etmirdi. Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə keçid dövrünü yaşadı:

- Tam müstəqil dövlətçiliyə keçid, yəni bərabərhüquqlu dövlətlərarası münasibətlər sisteminə daxil olma;

- Yeni ictimai-iqtisadi sistemə keçid, yəni dövlət mülkiyyəti münasibətlərindən xüsusi mülkiyyət münasibətlərinə, bazar iqtisadiyyatına başlama;

- Ateist dünyagörüşündən həqiqi vicdan azadlığına keçid, yəni kosmopolit mənəviyyatdan milli dini dəyərlərə qayıtma;

- Totalitar cəmiyyətdən demokratik cəmiyyətə keçid, yəni söz azadlığı, çoxpartiyalılıq, plüralizm dövrünə qədəm qoyma.

Cəmiyyətin yeni dəyişikliklərə hazır olmadığı vaxtda mürəkkəb şəraitdə düzgün yol seçmək həqiqətən çox çətin idi. Çünki bir tərəfdən, yeni iqtisadi-siyasi formasiyaya keçiddən qaynaqlanan müasir ictimai münasibətlər sisteminə keçid, digər tərəfdən, milli özünüdərk milli dövlətçilik mənafeləri qorumaq istiqamətində gedən proseslər situasiyanın standartdan kənar olduğunu təsdiq edən ən mühüm əlamətlər idi. Belə bir şəraitdə Azərbaycanın həm qlobal proseslərin tələblərinə uyğun, həm regional lokal hadisələrin inkişafından irəli gələn milli dövlətçilik ənənələrini saxlaya bilməsi üçün şablondankənar təfəkkür tələb edən ekstraordinar qərarlar qəbul edilməli idi. Lakin müstəqilliyin ilk illərində kütlə dalğasının təsirindən dövlətin sükanı naşı əllərə keçdi. Onlar isə kortəbii şəkildə "dağıdaq, qurarıq" prinsipi ilə onilliklər ərzində formalaşmış sistemləri dağıtdılar. Nəticədə böyük zəhmətlər, səylər hesabına qazanılmış qabaqcıl mövqelər əldən verildi bütün bunlar əsaslı maddi itkilər, mənəvi-psixoloji sarsıntılarla, əlavə çətinliklərlə itkilərlə müşayiət olundu.

Bu taleyüklü zamanlarda prinsipial məqamlarda xalq yenə öz sözünü deyə bildi. Böyük dünyagörüşə, rəhbərlik təcrübəsinə malik, xalqın həqiqi milli mənafeyini müdafiə etmək əzmində olan yeganə sinkretik qüvvə ali hakimiyyətə təkidlə dəvət edildi. Keçmiş SSRİ-dən ayrılaraq müstəqilliyə qədəm qoyan ölkəmizə həmin dövrdə SSRİ-nin dövlət quruculuğu təcrübəsinə hamıdan çox yaxşı bələd olan, ali idarəetməsində ilk beşlikdə yer alan, onun üstünlüklərini nöqsanlarını ən yüksək kürsüdən görmüş olan bir şəxsiyyətin rəhbərliyə gəlməsi ölkəmizin xilası idi.

Qeyd edək ki, bu keyfiyyətlərlə yanaşı, həmin şəxsiyyət Azərbaycan milli regional xüsusiyyətlərini, iqtisadi bütövlükdə potensial imkanlarını, onların planetar miqyasda reallaşdırılması yollarını detallarına qədər çox gözəl, hərtərəfli bilirdi. Məşhur amerikan siyasətçisi dövlət adamı Z.Bjezinski həmin dövr üçün demişdir: "Bu gün Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir".

 

Təhsildə islahatların zəruriliyi

Digər sahələri sarsıdan əməllərdən qaynaqlanan sadaladığımız proseslər millətin, xalqın gələcəyi olan təhsildən yan keçə bilməzdi. Məhz xalqın qəlbində dərin iz salmış, onun inamını qazanmış Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə sosializm dövründən qalmış iqtisadi, maddi-mənəvi sərvətlərin dağıdılması proseslərinə son qoyuldu, xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi varislik prinsipi əsasında quruculuq işləri islahatlar həyata keçirilməyə başlandı.

"Ümumi çətinliklər qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik", - deyən Heydər Əliyev təhsilin qarşısında duran əsas vəzifələri onların yerinə yetirilməsi yollarını da daha çox aydınlaşdırmağın vacib olduğunu bildirirdi. Keçmiş ittifaq dövründə Azərbaycanda elmin təhsilin inkişafında böyük xidmətləri olmuş Heydər Əliyev müstəqillik şəraitində yaranan imkanlardan maksimum faydalanmaq üçün ötən illərin nailiyyətlərini daha da möhkəmləndirmək inkişaf etdirmək mövqeyindən çıxış edirdi.

Milli təhsil ilk növbədə, ümumictimai, ümumxalq, ümumdövlət anlayışlarını ehtiva etməklə müəyyən bir millətin, xalqın, unitar dövlətin həyata keçirməyə çalışdığı təhsil siyasətidir.

Milli təhsil bir dövlət xalq səviyyəsində ümumiyyətlə, təhsil anlayışını əvəz edir. Bu söz birləşməsinin strukturundakı millilik ümumi anlamın yalnız bir elementi kimi çıxış edir. Mühüm önəm kəsb edən isə təhsilin strateji inkişaf konsepsiyasıdır. Əks mənada anlaşılanda, sözün hərfi ya dar mənasında başa düşülərək (milli ümumbəşəri dəyərlərin vəhdətinə nail olmağı kənara qoyanda) xoşagəlməz, acı nəticələrə varılır. Belə hallarla real həyatımızda qarşılaşdıq da. Məsələn: ötən əsrin 90-93-, müstəqilliyin isə ilk illərində dövlətçiliyin möhkəmləndirilməsi, bazar iqtisadiyyatı münasibətlərinə keçidlə, müharibə aparan bir ölkədə ordu quruculuğu ilə bağlı mühüm ciddi işlər görmədən maliyyə ehtiyatlarını dil, əlifba islahatları ilə əlaqədar xərclərə yönəltmək milliliyin əsl mahiyyətinə yanlış yanaşmadan qaynaqlanırdı.

Milli ideologiyamızın Prezident Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən olan azərbaycançılığın formalaşdırılması mütəşəkkil qaydada həyata keçirilməsi vahid milli dövlətçilik hissiyyatının yetkinləşməsini nəzərdə tutur. XX əsrdə xalqımızın çətin mərhələlərdən keçdiyini, fərqli ideologiyaların təsirinə məruz qaldığını çox gözəl bilən ulu öndər alimlərimizə, ziyalılarımıza, müəllimlərimizə bu işdə çox yüksək qiymət verərək deyirdi: "Düşünən beyinlərimiz, alimlərimiz, o cümlədən təhsil sahəsində çalışan müəllim ordusu milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin".

Dövlət quruculuğunun, sosial-iqtisadi ideya-siyasi islahatların elmi-nəzəri əsasları işlənib hazırlandıqca, təhsil sisteminin qarşısında duran vəzifələr müəyyənləşdirilirdi.

Cəmiyyətin digər sahələrində olduğu kimi, milli təhsil sistemində ciddi islahatlar aparılmasına ehtiyac olduğu aydın sezilirdi. Müstəqilliyimiz möhkəmləndikcə, təhsildə inamlı addımlar atılması üçün şans yaranırdı.

Bununla yanaşı, təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının mühüm bir hissəsi olduğunu obyektiv dəyərləndirən ölkə başçısı - təhsil sistemində hər hansı islahatın aparılması təkcə təhsil işçilərinin vəzifəsi ola bilməz - deyirdi. Təhsil cəmiyyətin sabahına xidmət etdiyindən ictimai tərəqqinin inkişaf strategiyası, hədəfləri müəyyənləşdirilmədən hər hansı islahatdan söhbət gedə bilməz. Bu səbəbdən təhsil problemlərinin geniş mənada ictimai həyat kontekstində nəzərdən keçirilməsi vacib idi.

 

Ölkəmizin müstəqil təhsil siyasətinin məqsəd məzmun uyğunluğunun olmasını, müsbət ənənələrin nəzərə alınmasının vacibliyini xüsusilə qeyd edən ümummilli lider Heydər Əliyev deyirdi: "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin".

 

Hakimiyyət ustadı, digər sahələr kimi, təhsil sahəsinin təşkilati məsələlərini çox dərindən incəliklə bilən, keçmiş SSRİ- təhsil islahatına bilavasitə rəhbərlik etmiş Prezident Heydər Əliyev həmin dövrdə gündəmdə olan təhsil islahatları Təhsil Qanunu haqqında deyirdi: "Təhsil Qanunu elə bir qanundur, təhsil islahatları elə bir islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır".

 

Optimal təhsil modeli

Yüksəkixtisaslı kadrların olması nəticə etibarilə iqtisadiyyatın inkişafına dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etdiyindən təhsilə son məqsəd, nəticə kimi deyil, həyatda uğur qazanmağın vasitəsi kimi baxılırdı. Təsadüfi deyildir ki, ən güclü dövlətlər məhz təhsil sahəsini başlıca strateji vəzifə kimi daim diqqətdə saxlayırlar. Çünki müasir dövrdə dünya ölkələrinin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, rasional düşüncə, intellektual potensial, siyasi-hüquqi, mədəni-mənəvi təfəkkürlə müəyyən olunur. Bunlar isə multiparametrli olan təhsil sisteminin necə təşkilindən kəsilməz asılıdır.

XX əsrin son, XXI əsrin ilk illərində cəmiyyət yüksək sürətlə, necə deyərlər, eksponensial templə inkişaf etdiyindən, dəyişdiyindən fərdlər bir bioloji varlıq kimi onu haqlamaqda ciddi çətinliklərlə üzləşdilər. Qeyd edək ki, cəmiyyətin eksponensial inkişafını təmin edən müxtəliflik bu müxtəlifliyin mürəkkəb kombinasiyaları idi. Yəni qlobal mənada inteqrasiya fərqli iqtisadi-siyasi formasiyaların, düşüncələrin çarpazlaşması, qovuşması, yeni dünya nizamı s. müxtəlifliklərin bir rasional müstəvidə kumulyativliyi (üst-üstə toplanması) əsas oldu.

Məhz həmin təlatümlü dövrdə insanın inkişaf tempini cəmiyyətin inkişaf tempinə uyğunlaşdırmaq kimi ən böyük funksiyanı yerinə yetirməli olan təhsil sistemi yenidən qurulmalı idi. Çünki müxtəlif, çeşidli informasiya bolluğu şəraitində müasir dövrün tələblərinə uyğun, yeni, optimal təhsil modelinə çox böyük ehtiyac var idi.

Tarixin belə məqamlarında seçilmişlər cəmiyyətin inkişafının prioritetlərini müəyyənləşdirməklə onun ön cəbhəsini yaradırlar.

Keçmiş ittifaq dövründə Azərbaycanda elmin təhsilin inkişafında müstəsna xidmətləri olmuş ulu öndər müstəqilliyin yaratdığı yeni imkanlardan maksimum faydalanmaqla əvvəlki nailiyyətləri daha da inkişaf etdirmək mövqeyindən çıxış edirdi. Hələ sovet dövründə təhsildə fərqlənən gənclərin təhsilini davam etdirmək üçün ittifaqın dünyanın ən qabaqcıl, nüfuzlu ali məktəblərinə göndərilməsi gələcəyə hesablanmış ən uğurlu addımlardan idi. Müxtəlif peşə ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislərin varlığı yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi dirçəlişə, dövlətçiliyin möhkəmləndirilməsinə, elmi-texniki tərəqqiyə, bir sözlə, ölkənin bütövlükdə yüksəlişinə təminatdır.

Müstəqil Azərbaycanda milli təhsil siyasətinin aparılması üçün ölkəmizin yeni ictimai-iqtisadi münasibətlər sistemi, milli regional xüsusiyyətləri əsasında hazırlanmış təhsil konsepsiyasına böyük ehtiyac vardı. Dünyada mövcud olan ənənəvi üç təhsil sistemindən (müasir Qərb;   unudulmaqda olan Şərq; diskriminasiya olunan Sovet) qaynaqlanan yeni təhsil sistemi formalaşdırılmalı idi.

Təbii ki, sadalanan təhsil sistemlərinə daha diferensial yanaşsaq, məzmunca qismən oxşar, formaca fərqli sistemlər görərik.

Ölkəmizin müstəqil təhsil siyasətinin məqsəd məzmun uyğunluğunun olmasını, müsbət ənənələrin nəzərə alınmasının vacibliyini xüsusilə qeyd edən ümummilli lider Heydər Əliyev deyirdi: "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin".

Təhsil genişmiqyaslı elə bir ictimai prosesdir ki, insanlara özündən əvvəlki nəsillərin əsrlər boyu əldə etdiyi biliklərə bir neçə ilə (qısa zaman müddətində) yiyələnmək imkanı verir. Bəşəriyyətin ümumi bilik xəzinəsi (xüsusi istisnalarla) bütün xalqlar millətlər üçün açıq olduğundan əsas fərq biliklərin yayılması mənimsənilməsi prosesinin təşkilində meydana çıxır. Ənənəvi üç təhsil sistemi bu baxımdan fərqlənir. Azərbaycan təhsil sistemi sovet təhsil sistemindən ayrıldığı üçün onun əsasını sovet təhsil standartları təşkil edirdi. Milli xüsusiyyətlərdən, inkişaf səviyyəsindən asılı olmayaraq keçmiş ittifaqın paytaxtında hazırlanaraq regionlara tətbiq olunan standart təhsil siyasətindən fərqli olaraq müstəqil ölkəmizin ictimai-iqtisadi, mədəni-mənəvi yöndə inkişaf yolu ilə həmahəng olan müstəqil təhsil siyasəti hazırlanmalı idi.

 

Təkamül yolu ilə yişikliklər

Yeni cəmiyyət quruculuğunun banisi Heydər Əliyev müəyyənləşdirdiyi strateji inkişaf proqramını həyata keçirməyə imkan verən müstəqil təhsil siyasətinin işlənib hazırlanmasını qarşıya məqsəd qoymuşdu. Təhsil çox incə, xüsusi metodiki, fərdi yanaşma, dərin bilik, təcrübə həssaslıq tələb edən sahə olduğundan kortəbii, inzibatçılıq yolu ilə deyil, elmi əsaslandırılmış surətdə münasibət lazım idi. Həmin dövrdə mövcud təlim-tərbiyə işi ilə milli-mənəvi xüsusiyyətlər adət-ənənə arasındakı uyğunsuzluqlar tədricən aradan götürülməli idi. Lazımsız ixtisaslar fənlərin ləğv olunması, yeni ixtisaslar üzrə kadrlar hazırlanması, ali məktəb şəbəkəsinin genişləndirilməsi təhsil müəssisələri arasında səmərəli rəqabət atmosferinin yaradılması dövrün tələbi idi.

Təhsil Qanununun müzakirələri getdiyi dövrdə dövlət başçısı demişdir: "Müasir texnikanın, texnologiyanın, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadr hazırlamaq lazımdır bunların əsası orta təhsil illərində qoyulmalıdır".

Milli zəmin üzərində, ümumbəşəri dəyərlərə əsaslanan təhsil sisteminin hüquqi bazası olan Təhsil Qanununun geniş müzakirələri göstərdi ki, təhsilin inkişaf strategiyasına söykənən hüquqi mexanizmi hazırlanmışdır. Çağdaş Azərbaycan təhsil sisteminin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, zamanın tələblərinə uyğun islahat aparmaq üçün təhsillə bağlı nəzəri praktik biliklər sistemləşdirilmişdir.

Təhsildə inqilabi yolla deyil, ancaq təkamül yolu ilə həyata keçirilən dəyişikliklər tədricən davam etməkdə idi. Yeni Təhsil Qanunu qəbul olunsa da, əsasən sovet dövrünün təlimatları demək olar ki, rəhbər tutulurdu. Təhsil siyasətində əsas konturlar bəlli olsa da, ciddi dəyişikliklərə ehtiyatla yanaşılırdı ki, bu da təbii idi.

Təhsilin məqsəd vəzifələri ancaq bilik təcrübənin öyrədilməsi ilə məhdudlaşmamalı, eyni zamanda öyrənəni həyata hazırlamalıdır. Ulu öndər öz çıxışları zamanı dəfələrlə vurğulayırdı ki, müstəqil Azərbaycanda təhsilin bütün pillələrində işin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görülməlidir. Bu tövsiyələr həm qəbul olunmuş Təhsil Qanununda, həm təhsil islahatı ilə bağlı qərarlarda öz əksini tapmalıdır.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV.