Heydər Əliyev: Xalqa həsr olunmuş ömür
Mədəniyyət

Heydər Əliyev: Xalqa həsr olunmuş ömür

Mürəkkəb, ziddiyyətli ikili standartların hökm sürdüyü müasir dünyada Azərbaycan sürətlə inkişaf edir. Düşünülmüş, uzaqgörən daxili xarici siyasət, iqtisadi hərbi sahədə aparılan məqsədyönlü ardıcıl islahat ölkəmizi sabit davamlı inkişaf edən dövlətə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmişdir. Ölkədə milli dövlətçilik ənənəsinin formalaşması, sabitliyin qorunub saxlanılması, iqtisadi islahatların uğurlu nəticələri sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermiş, Vətən müharibəsindəki tarixi qələbə Azərbaycanı regionda lider ölkə kimi tanıtmışdır. Bütün bunlar hamısı ulu öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir. Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifi, Azərbaycan ruhunun simvoludur. O, dövlətin inkişafının strategiya taktikasını hazırlamış, inkişafın Azərbaycan modelini yaratmağa nail olmuşdur.

Ulu öndərin xalqı qarşısında tarixi xidmətləri haqqında çoxsaylı kitablar yazılıb. Bu kitablarda ümummilli liderin şəxsiyyəti, titanik fəaliyyəti haqqında geniş söhbət açılmış, onun bənzərsiz liderliyi barədə tarixi gerçəkliklər əks olunmuşdur. Bütün bunlar ulu öndərə sonsuz hörmət ehtiramın ifadəsidir.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun "Heydər Əliyev: Xalqa həsr olunmuş ömür" kitabı bu baxımdan daha təqdirəlayiqdir. "Təhsil" Nəşriyyat Poliqrafiya MMC tərəfindən nəfis şəkildə çap olunan kitabın elmi redaktoru Fikrət Şiriyev, naşiri Tural Axundov, operatoru Səbinə Salmanovadır.

Oxucu marağını nəzərə alaraq, ADPU-nun  İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun kitab haqqında rəyini təqdim edirik.

Kitabda ulu öndərin şərəfli mənalı ömrünün, ictimai-siyasi dövlətçilik fəaliyyətinin ən yaddaqalan anları xronoloji ardıcıllıqla, ictimai-siyasi hadisələrin fonunda tədqiq təhlil edilir, real faktlar əsasında hər kəsə nümunə olacaq şəxsiyyətindən, həyat tərzindən, fenomenal dühasından, yüksək insani keyfiyyətlərindən dövlətçilik fəaliyyətindən bəhs edilir.

Kitab giriş, beş fəsil, son söz istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Kitabın "Zirvəyə doğru" adlı ilk fəslində ulu öndərin həyatının 1923-1969-cu illərinə işıq salınır, onun nəsil şəcərəsi, soykökü, ata-baba yurdlarında - Zəngəzurda ermənilərin törətdikləri qırğınlar ailə faciəsi haqqında müfəssəl məlumat verilir. Xalqının, vətəninin taleyini öz taleyinə çevirən Heydər Əliyevin uşaqlıq gənclik illəri, həyat şəraiti, sosial durumu yığcam şəkildə oxucuya təqdim olunur. Heydər Əliyevin yaşadığı dövrü ictimai-siyasi cəhətdən səciyyələndirən Misir müəllim haqlı olaraq onun mütaliə mədəniyyətinin, nitq qabiliyyətinin, əqli inkişafının, aktyorluq, memarlıq rəssamlıq bacarığının inkişafında, şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan ailə təhsil mühitinə (1 saylı Beynəlmiləl məktəbi, Naxçıvan Pedaqoji Məktəbi) xüsusi diqqət yetirir. Sonralar yaddaşında möhkəm iz qoyan təhsil aldığı illəri xatırlayan ulu öndər deyirdi: "Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər heç vaxt mənim yaddaşımdan silinməyəcək. Mən burada mükəmməl təhsil almışam, özü elə həvəs aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb". Naxçıvanda dövrün fədakar işgüzar müəllimlərindən aldığı təhsil müxtəlif ali məktəblərin qapısını onun üçün açır. Bir müddət Azərbaycan Sənaye İnstitutunda oxuyur. Sonralar Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında Bakı Dövlət Universitetinin Tarix fakültəsində aldığı təhsil, şəxsi mütaliəsi, təşkilatçılıq bacarığı onun karyerasında ciddi dəyişikliyə səbəb olur, Azərbaycan DTK-sının Əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən 1964- ildə DTK-nın sədr müavini vəzifəsinə irəli çəkilir, 1967-ci ildə isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilir.

Müəllif təhlükəsizlik orqanlarında 20-30-cu illərdə yuva salan markaryanların, qriqoryanların milli kadrlarla əvəz edilməsində, millətin yaddaşında repressiya cəza aparatı kimi həkk edilən Azərbaycan DTK-sının millətin mədəniyyətinin, ədəbiyyatının, milli-mənəvi dəyərlərinin qorunmasını təmin edən əsl milli təhlükəsizlik qurumuna çevrilməsində Heydər Əliyevin xidmətlərini yüksək peşəkarlıqla ümumiləşdirir, həmin dövrdə təhlükəsizlik orqanlarında çalışanların (Bəxtiyar Süleymanlı, Əkrəm Əlizadə, Ziya Yusifzadə), tanınmış ədəbi simaların (Mövlud Süleymanlı, Anar, Turan Cavid, Nəriman Həsənzadə, Söhrab Tahir) xatirələri əsasında onun milli-mədəni elitanı necə cəsarətlə himayə etməsini sənədləşdirir.

Kitabın "Birinci katiblikdən birinci müavinliyədək" adlı ikinci fəsli Ulu öndərin həyatının 1969-1982-ci illərini əhatə edir. Totalitar kommunist rejimi dövründə Azərbaycana rəhbərlik edənlər, müəyyən istisnalar nəzərə alınmazsa, demək olar ki, "proletar beynəlmiləlçiliyi" prinsipinə sadiq qalaraq respublikada milli şüurun dirçəldilməsinə, milli-mənəvi dərkə soykökə qayıdışa bu ya digər şəkildə mane olmaqla milli inkişafı xeyli ləngitmişdilər. 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev millət üçün tarixi məsuliyyəti öz çiyninə aldı. Həmin gün Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi kimi daxil oldu. Bu, 60- illərin sonunda iqtisadi mədəni tənəzzül, milli ideya yoxsulluğu dövrünü yaşayan Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa başlanğıcı idi. Heydər Əliyevin qısa bir zamanda cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəlişə nail olması, istehsalın, elmin, mədəniyyətin, təhsilin, mənəviyyatın tərəqqisinə səbəb olmaqla milli ruhun inkişafına, milli özünüdərkin, milli şüurun milli qürurun yüksəlməsinə səbəb oldu. Bütün bunlar Heydər Əliyev tərəfindən çox böyük həssaslıq uzaqgörənliklə idarə olunur tənzimlənirdi. Sovet rejiminin ağır təzyiqlərinə, məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atıldı. Təhsili milli özünüdərkin dövlətçiliyin təməl prinsipi hesab edən Heydər Əliyev təhsilin pillə səviyyələrinin ahəngdar inkişafı ilə bağlı qərarlar qəbul etməklə həm böyük maarifçilik missiyasını uğurla həyata keçirdi. Böyük düha sahibi olan Heydər Əliyev qısa bir müddətdə Azərbaycanın iqtisadi elmi potensialını yaratdı, onu sənaye respublikasına çevirməklə İttifaqın iqtisadi siyasətində köklü dəyişiklik etdi. Milli hərbi kadrların yetişdirilməsi məqsədilə C.Naxçıvanski məktəbini yaratmaqla sovet ehkamlarını dağıtdı. Nəticədə akademik Nizami Cəfərovun dediyi kimi, möhtəşəm "Heydər Əliyevin Azərbaycanı" yarandı. SSRİ-nin ayrı-ayrı regionlarında totalitar rejimin əleyhinə çıxan elm, təhsil mədəniyyət xadimləri təqiblərə məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə şəraiti hökm sürürdü. Həmin illərdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, Azərbaycan dilçilərinə tarixçilərinə Dövlət mükafatlarının verilməsi, görkəmli şəxslərin ev-muzeylərinin yaradılması, abidələrinin ucaldılması, azərbaycanlılara Ümumittifaq mükafatlarının verilməsi, AMEA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan tarixi şöbələrinin yaradılması, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibliyin təsis olunması, İran Azərbaycanı ifadəsinin Cənubi Azərbaycanla əvəzlənməsi Heydər Əliyevin milli dövlətçilik ideyasının dirçəldilməsinə, həyata keçirilməsinə yönəlmiş çoxşaxəli fəaliyyətinin kitabın ikinci fəslində diqqət yetirilən ayrı-ayrı epizodlarıdır.

Kitabın "Kremlin həlledici adamı" adlı üçüncü fəslində ulu öndərin 1983-1990- illərdəki fəaliyyətinin ən mühüm məqamları işıqlandırılır. Respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin parlaq dövlətçilik istedadı İttifaq rəhbərliyinin diqqətindən yayınmadı. Öz işinə, əqidəsinə, dövlətinə sədaqəti, hədsiz işgüzarlığı, məsuliyyəti, intellekti, geniş maraq dairəsi, mənəvi təmizliyi, dövlət maraqlarını hər şeydən üstün tutması onun Moskvaya aparılmasını, yüksək vəzifəyə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Siyasi Büronun üzvü seçilməsini təmin etdi. Heydər Əliyevin Moskvaya - yüksək vəzifələrə dəvət olunması onun İttifaq səviyyəsində liderliyinin etirafı təsdiqi idi. Bu həm Azərbaycanın dövlətçilik təcrübəsinin İttifaqda yayılması məqsədi daşıyırdı. Misir müəllim haqlı olaraq ulu öndərin Kremldə keçən həyatının ağır çətin dövrünü tərcümeyi-halının şöhrət payı liderlik fəaliyyətinin zirvəsi hesab edir. Burada olarkən o, siyasi müstəqilliyi ilə seçilir. Rus-slavyan düşüncəsindən fərqli baxışa malik olan ulu öndər həmin dövrdə yalnız azərbaycanlıların deyil, İttifaqda yaşayan türk-islam xalqlarının şəriksiz lideri kimi qəbul edilirdi. Heydər Əliyevin nüfuzu erməni daşnakları üçün Çin səddi idi. Kitabda Azərbaycanın milli mənafeyi naminə İttifaqın birinci şəxsinin - L.İ.Brejnevin 3 dəfə Bakıya gətirilməsi milli mənafeyə sədaqət nümunəsi kimi dəyərləndirilir.

Kitabın son iki fəsli Heydər Əliyevin milli öndərlik tərcümeyi-halının müstəqillik mərhələsini əhatə edir. "Naxçıvanın xilaskarı" adlı 4- fəsildə XX əsrin 80-ci illərinin sonu, 90- illərinin əvvəllərində Naxçıvandakı ictimai-siyasi hadisələr, sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları sərhədlərdə hərbi toqquşmalar yaratması həm Muxtar Respublikanın həyatının, həm ulu öndərin həyatının ən mürəkkəb dövrü kimi səciyyələndirilir. Moskvada tutduğu vəzifələrdən uzaqlaşdırılan, təqiblərə məruz qalan, həyatı üçün təhlükə yaranan Heydər Əliyevin hansı çətinliklə Bakıya qayıtması, oradan da məcburiyyət qarşısında qalaraq Naxçıvana yola düşməsi ürəkağrısı ilə qələmə alınır.

Bu fəsildə ümummilli lider Heydər Əliyevin blokadada yaşamaq məcburiyyətində qalan Naxçıvanı 1991-1993- illər arasında geniş tərəqqi yoluna çıxarması real faktlarla şərh edilir.

Kitabın beşinci fəsli "Qurtuluşdan intibaha" adlanır. Ekstremal situasiyada xalq öz liderini axtarır. 1993- ildə Azərbaycan "ölüm-dirim" dilemması qarşısında qalanda millətin nəzər-diqqəti Naxçıvana yönəldi. Xalqın təkidli tələbləri nəticəsində hakimiyyət mənsubları onu siyasi hakimiyyətə dəvət etdilər. Əvvəlcə parlament sədrinin, sonra prezidentin istefa vermələri Heydər Əliyev şəxsiyyətinə intellektinə inamın, etibarın ehtiramın ifadəsi idi. 1993- ildə xalqın təkidli xahişi ilə ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaratdı, milli dövlətçilik xilas edildi, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlanmasına, ölkə üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ölkənin sosial-siyasi strukturu yenidən təşkil edildi. "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması ilə müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinə başlanıldı, siyasi anarxiyaya son qoyuldu, qanunsuz silahlı dəstələr ləğv edildi, Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaradıldı, dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı, ilk Konstitusiya qəbul edildi s.

Respublikamız beynəlxalq aləmdə öz layiqli yerini tutdu qısa bir müddətdə nüfuzlu mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu. 10 il müddətində Heydər Əliyevin siyasi, iqtisadi, ictimai mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar kitabda əhatəli şəkildə şərh edilmişdir. Misir müəllim Heydər Əliyevin fəaliyyətini, şəxsiyyətini Azərbaycan tarixinin ayrılmaz bir hissəsi kimi araşdıraraq belə qənaətə gəlir ki, hər bir azərbaycanlının taleyində bu böyük dühanın bir zərrəsi xeyir-duası vardır. Ona görə ulu öndərin bilavasitə rəhbərliyi altında işləməyi, tapşırıqlarını həyata keçirməyi, onun təhsillə bağlı həyata keçirdiyi layihələrin icraçılarından biri olmasını özünün böyük xoşbəxtliyi hesab edir.

Taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyət Heydər Əliyev əsl dövlət idarəçiliyi məktəbi yaratmışdır. Bu məktəbin layiqli, ləyaqətli, dövlətinə, dövlətçiliyinə sadiq sədaqətli məzunlarından olan professor Misir Mərdanov kitabında ulu öndərin əzəmətli heykəlini yaratmaqla öz ustadına borcunu verməyə çalışmış, millətin tərəqqiyə, inkişafa nail olmasının, güc mərkəzinə çevrilməsinin, qalib xalq kimi adını tarix səhifələrinə yazmasının müəllifini - Heydər Əliyevi gənc nəslə təqdim etmişdir. Kitabda Heydər Əliyev yalnız böyük siyasət dövlət xadimi deyil, həm böyük filosof, mütəfəkkir, maarifçi, elm təhsil xadimi kimi dəyərləndirilmişdir.

Heydər Əliyevin zəngin, çoxşaxəli mənalı həyat yolu Azərbaycan millətinin elə şərəfli bir tarixidir ki, həm bugünkü, həm gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq".

Kitabın "Son söz" adlı hissəsi bu sözlərlə başlayır: "Əslində Heydər Əliyev kimi insanlar haqqında son söz deyilməz. Zaman ötdükcə, illər uzaqlaşdıqca xatirələr daha da isinir, belə insanlar bu dünyada miras qoyduqları xeyirxah əməllərin timsalında ikinci, zənnimcə, daha önəmli uzun ömürlərini - mənəvi həyatlarını yaşayırlar". Bəli, Misir müəllim haqlıdır, Heydər Əliyev kimi dahilərin təqvimdə ancaq doğum günləri olur... Onların ömrü təmsil etdiyi millətin ömrü qədərdir.