Hüquqi yardım aksiyası
Region

Hüquqi yardım aksiyası

Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə “Heydər Əliyev İli” çərçivəsində Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı”  günü - hüquqi yardım aksiyası keçirildi.

“E-qanun.az” elektron resursunun mobil tətbiqi, “Mobil notariat”, “Mobil əhali”, “Elektron məhkəmə”, “ƏN TEZ” xidmət konsepsiyası ilə bağlı təqdimatlar keçirilərək, onların mahiyyəti və ictimai əhəmiyyəti diqqətə çatdırıldı.

Tədbirə dəvət olunmuş Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən ödənişsiz hüquqi yardım aksiyası keçirilərək, vətəndaşlara zəruri hüquqi xidmətlər göstərildi.

Yeni ailə quranlar və körpələrin valideynləri bu günün onların həyatında xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bildirildi ki, “Heydər Əliyev İli”nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi  onların həyatlarında ən xoş hadisə kimi xatırlanacaq.

Tofiq HÜSEYN,

“Respublika”.