İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması QAYDASI
Hüquqi aktlar

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması QAYDASI

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 30 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanmasında istifadə olunan göstəricilər

2.1. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin növbəti il və sonrakı üç il üçün makroiqtisadi proqnozları və həmin proqnozlar əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin proqnozlaşdırdığı icmal büdcənin və dövlət büdcəsinin göstəriciləri, habelə dövlət borcu və ona xidmətlə bağlı ödənişlər nəzərə alınmaqla, aşağıdakı proqnoz göstəricilərindən istifadə olunur:

2.1.1. ümumi daxili məhsulun nominal həcmi;

2.1.2. qeyri-neft ümumi daxili məhsulun nominal həcmi;

2.1.3. xam neftin ixrac qiyməti;

2.1.4. milli valyutanın ABŞ dollarına nisbətdə orta illik məzənnəsi;

2.1.5. icmal büdcənin gəlirləri;

2.1.6. icmal büdcənin neft gəlirləri;

2.1.7. icmal büdcənin qeyri-neft gəlirləri;

2.1.8. icmal büdcənin xərcləri;

2.1.9. icmal büdcənin baza xərcləri;

2.1.10. dövlət borcunun həcmi;

2.1.11. dövlət borcu üzrə faiz ödənişləri.

3. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması

3.1. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi aşağıdakı kimi hesablanır:

 burada:

İqnbk(ng)  –  icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi;

İqnbk –  icmal büdcənin qeyri-neft baza kəsiri;

İGqn –  icmal büdcənin qeyri-neft gəlirləri;

İXb –  icmal büdcənin baza xərcləri;

ÜDMqn–  qeyri-neft ümumi daxili məhsulun nominal həcmidir.

3.2. Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi aşağıdakı kimi hesablanır:

 

burada:

DBng     – dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi;

DB        – dövlət borcunun həcmi;

ÜDM     – ümumi daxili məhsulun nominal həcmidir.

3.3. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinə uyğun olaraq həmin dövr üçün müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanır.

3.4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.4-cü maddəsinə uyğun olaraq ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yenidən hesablanması zərurəti yarandıqda, həmin göstəricilər bu Qaydanın 2.1-ci maddəsində qeyd edilən göstəricilər yeniləndikdən sonra bu Qaydanın tələblərinə uyğun olaraq yenidən hesablanır.

4. Yekun müddəalar

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisini və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisini bu Qaydaya uyğun olaraq hesablayır və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə həmin Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən yuxarı hədləri keçməməsini təmin edir.