İgid xatirəsini yaşadan bulaq
Region

İgid xatirəsini yaşadan bulaq

İmişli  Rayon  İcra  Hakimiyyətinin  birinci  müavini  Səfa  Ağayev,  Hüquq- mühafizə  orqanları,  şəhidin  ailə  üzvləri,   ictimaiyyət  nümayəndələri,    orta  məktəbin  müəllim   və  şagirdlərinin  iştirakı  ilə  Vətən  müharibəsində  şəhidlik  zirvəsinə  ucalan  Şöhrət  Quliyevin    doğulduğu  Ölcələr  kəndində  adına  inşa  edilən  xatirə  bulağının  açılış  mərasimi  keçirildi. Cabbarov  Şöhrət  Əli  oğlu  1995-ci  ilin  aprelin  28-də  İmişli  rayonunun  Ölcələr  kəndində  anadan  olub. Müddətdən   artıq  hərbi  xidmətdə   olan  Şöhrət  Cabbarov   Vətən  müharibəsində     Füzulinin  azad  edilməsi   uğrunda  gedən  döyüşlərdə   düşmənin  atdığı  top  mərmisinə  tuş  gələrək  25  yaşında  qəhrəmancasına  şəhidlik  zirvəsinə  ucalıb. 

Azərbaycan  Prezidenti   İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə   Vətənimizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi  hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu   şərəflə  yerinə  yetirdiyinə  görə   Şöhrət  Cabbarov  ölümündən   sonra   “Vətən  uğrunda”, "İgidliyə  görə", “Xocavəndin  azad olunmasına   görə”  və “Cəbrayılın  azad  olunmasına  görə” medalları  ilə  təltif  edilib.

Tədbirdə  şəhid  Şöhrət  Cabbarovun  qısa,  lakin  şərəfli  həyat  yolundan   və  onun  Vətən  müharibəsində   göstərdiyi  qəhrəmanlıqlarından  ətraflı  söhbət  açıldı,  onunla  bağlı  xatirələr  bölüşüldü.   Qazandığımız  böyük  Zəfərə  görə  canından  keçərək  şəhidlik  zirvəsinə  ucalan  Şöhrət  kimi  oğullarımıza,  sağlamlıqlarını  itirən  qazilərimizə  bizim  ömür  boyu  minnətdar  və  borclu  olduğumuz  diqqətə  çatdırıldı.  Şəhidin  məzarı  ziyarət  edildi,  ruhuna  dualar  oxundu.    Şəhidin  gənclərə  örnək  olduğu  bildirildi,  onunla  qürur  duyduqları  ifadə  olundu.    Məktəblilər   vətənpərvərlik  mövzusunda   şeirlər  söylədilər. Çıxış  edənlər  şəhid  ailələrinə  göstərilən  diqqət  və  qayğıya  görə  möhtərəm  Prezident  İlham   Əliyevə,  Birinci  vitse  -prezident  Mehriban  xanım  Əliyevaya   minnətdarlıqlarını  bildirdilər.

             Ərəstun   ABDULOV,   

              “Respublika”.