İgidlərin ordenləri ailə üzvlərinə təqdim edilib
Region

İgidlərin ordenləri ailə üzvlərinə təqdim edilib

Biləsuvar Rayon İcra Hakimiyyəti, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olundu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şəhid İbadlı Ruslanın təltif olunduğu 3- dərəcəli "Vətənə xidmətə görə" ordenini atası Sakit İbadova, şəhid Zöhrab Kərimovun təltif olunduğu 3- dərəcəli "Vətənə xidmətə görə" ordenini "Vətən uğrunda" medalını atası Azad Kərimova təqdim etdi.

İcra başçısı xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimizin Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizi, yaralılarımızı, şəhid ailələrini daim diqqət mərkəzində saxlayacağını söyləyib.

Şəhid ailələri onlara göstərilən diqqət qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV

"Respublika".