İlin birinci yarısında 87 cinayət işi üzrə ittiham aktı təsdiqlənməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb
Digər xəbərlər

İlin birinci yarısında 87 cinayət işi üzrə ittiham aktı təsdiqlənməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb

Cari ilin yanvar-iyul aylarında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq olunmayaraq, istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrini izləməklə prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq mümkündür.

AZƏRTAC