İlin əvvəlindən ölkə əhalisinin sayı 4 min 282 nəfər artaraq 10 milyon 160 min 648 nəfərə çatıb
Sosial həyat

İlin əvvəlindən ölkə əhalisinin sayı 4 min 282 nəfər artaraq 10 milyon 160 min 648 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 4 min 282 nəfər və ya 0,04 faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160 min 648 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 50 faizini kişilər, 50 faizini isə qadınlar təşkil edib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər təşkil edib.

AZƏRTAC