İlin ilk 2 ayından dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə yüksək göstəricilər
İQTİSADİYYAT

İlin ilk 2 ayından dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə yüksək göstəricilər

İqtisadiyyatın əsas sahələrindən  sayılan dövlət əmlakının özəlləşdirilməsi icarəsi  göstəriciləri ötən  ilin yekununda ürəkaçan olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ildə dövlət əmlakının özəlləşdirilməsi icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir. Xidmət dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023- ilin yanvar-fevral ayları ərzində 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib.

2023- ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib. Dövlət əmlakının icarəyə verilməsi sahəsində bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə daxil olub.

N.CAVADOV,

"Respublika".