İllərin bəhrəsi - Azərbaycan teatrı
Mədəniyyət

İllərin bəhrəsi - Azərbaycan teatrı

Teatr uzun keşməkeşli inkişaf yolu keçib. Hələ eramızdan əvvəl meydan tamaşaları qurulub, insanlar minlərlə kilometr uzaq bir məsafədən onu seyr etmək üçün yol gəlib. Orta əsrlərdə bir çox yerlərdə, əsasən Avropada teatr tamaşaları günah hesab edilsə , onun ənənələri inkişaf etməkdə idi. Həmin zamanlarda teatr sadəcə tamaşa göstərmək üçün bir vasitə yox, həmçinin xalqa edilən haqsızlığa qarşı üsyan, cahil insanların qəflətdən oyanmasını təmin etməkdə ən böyük silah idi.

Azərbaycan teatrı da həmçinin uzun şərəfli tarixi yol keçmiş hazırda da inkişaf etməkdədir. İlk dəfə 1873- il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. O zamanlar "Maral oyunu", "Kilimarası", "Kos-Kosa", "Şəbih" kimi tamaşalar xalq arasında geniş yayılmışdı. Hələ XVII əsrdə Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üçhissəli bir tamaşa göstəriblər. Tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu "Şərqin operası" adlandırıb. Milli teatrın inkişafında Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, xüsusi texnikalar gətirərək teatrın inkişafına öz töhfələrini verib. Bakıda ilk teatr binasını tikdirəndən sonra teatrımız daha da çiçəklənir. Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə simalar Azərbaycan səhnəsində öz yerini alır.

1908-ci ildə ilk milli opera - Üzeyir Hacıbəyovun "Leyli Məcnun" əsərinin Bakı teatrlarında səhnəyə çıxarılması ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Bu illərdə teatra getdikcə marağın artması unudulmaz əsərlərin ərsəyə gəlməsində bilavasitə rol oynayırdıHəmçinin musiqili komediyalar, dram teatr nümunələri ildən-ilə artmaqda idi. Ü.Hacıbəyovun "Ər arvad", "O olmasın, bu olsun", "Arşın mal alan", Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evli ikən subay", bununla yanaşı, M.M.Kazımovskinin "Vurhavur" musiqili komediyaları teatr tariximizi zənginləşdirdi. 1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradılması isə teatrın inkişafı yolunda atılmış ən böyük addım idi. İttifaqın əsas məqsədi bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar vermək idi elə belə oldu. Lakin bir sıra qüvvələrin müdaxiləsi nəticəsində bu ittifaq 1 il ömür sürdü. Bundan sonra yaranan bünövrəsi Üzeyir Zülfüqar Hacıbəyov qardaşları tərəfindən qoyulan truppa isə nisbətən müntəzəm fəaliyyət göstərirdi. Truppa dram, opera operetta artistlərini öz tərkibində birləşdirirdi.

27 mart isə Beynəlxalq Teatr Günüdür. Teatr həm üsyanı, arzu istəkləri, sevgini, nifrəti insanlara çatdırmağın digər bir yoludur. Bu səbəbdən xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatrı, bayram, dini səciyyəli tamaşalar geniş yayılmışdır. İnsanların teatra olan marağı gündən-günə artır. Öz ülvi hisslərini insana çatdıra bilən aktyor ondan feyz alan tamaşaçı ilə xoş ahəng sadəcə teatrda meydana çıxır. Teatrın özü ilə yanaşı, tamaşaçısının da güclü intuisiyası, məntiq qavrayışı var. Tamaşaçı aktyorun anidən dəyişən əhvali-ruhiyyəsini, çatdırmaq istədiyi sətiraltı mənanı o saniyə anlayır. Teatr sadəcə tamaşa çatdırmır, həmçinin tamaşaçının anlayıb qavrama qabiliyyətini inkişaf etdirir.

Günümüzdə dövlətimiz xalqımız tərəfindən teatra səhnəyə böyük maraq diqqət, qayğı var. Teatr binalarının xüsusi yeni texnologiyalarla təchiz edilməsi, təmir olunması bunu deməyə əsas verir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Mədəniyyət uşaq kimidir. Həmişə tumar qayğı istəyir".

Töhfə SƏMƏDOVA,

"Respublika".