İmişlidə  yaralı  hərbçilər  ziyarət  olundu
Region

İmişlidə  yaralı  hərbçilər  ziyarət  olundu

Sentyabrın 12-si  gecə  və  13-ü  səhər  saatlarında  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Azərbaycan-Ermənistan dövlət  sərhədinin  Daşkəsən,   Kəlbəcər,  Laçın  və  Zəngilan istiqamətlərində  törətdikləri genişmiqyaslı təxribatların qarşısının  alınmasında  ordumuz  yeni  bir  zəfərə  imza  atdı.  Namərd  düşmənin hücumlarını  peşəkarlıqla dəf edərək  üçrəngli bayrağımız yeni  strateji əhəmiyyətli  yüksəkliklərdə, daha uca zirvələrdə dalğalanmağa  başladı.  Bu  yolda  şəhidlərimiz  və yaralılarımız da oldu. Yaralanan  hərbçilər  sırasında  İmişli  hərbçiləri  də  var.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin  Rzayev, Aparatın məsul  əməkdaşları, Yeni  Azərbaycan  Partiyası İmişli YAP rayon  təşkilatının  sədri  Səfa  Ağayev   və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı  təxribatlarının qarşısının  alınması zamanı yaralanan,   hospitalda  müalicə  alan  hərbi  qulluqçular  rayonun  Xubyarlı kənd  sakini  mayor  Təhməzov  Elşad  Fəxrəddin  oğlunun  və  Məzrəli  kənd  sakini,  gizir  Xəlilov Süleyman  Havasət  oğlunun  ailəsinə  baş  çəkib  yaralıların səhhəti  ilə  maraqlanıb. İcra başçısı   E.Rzayev valideynlərə, ailə  üzvlərinə minnətdarlıq edib,  yaralananlara  Allahdan  şəfa  dilədi.  Vətənə  igid,  qəhrəman  oğullar  bəxş  etdiklərinə  görə  onlara təşəkkürünü,  ehtiramını  bildirdi. 

 Ziyarət zamanı Elşad Təhməzovun və Süleyman Xəlilovun keçdikləri döyüş yolundan danışılıb. Mayor E.Təhməzov Vətən müharibəsində iştirak edib. Azərbaycan  Prezidenti   İlham  Əliyevin sərəncamları ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Elşad Fəxrəddin oğlu Təhməzov “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə, həmçinin Aprel döyüşlərində iştirakına görə “Şücaətə  görə” medalı ilə də təltif olunub.

S.Xəlilov da Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan  Prezidentinin müvafiq  sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Süleyman Havasət oğlu Təhməzov “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Hərbçilərimizin ailələri aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan  Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ərəstun ABDULOV,

“Respublika”.