İMİŞLİ: Milli Qurtuluş Günü
Region

İMİŞLİ: Milli Qurtuluş Günü

İmişlidə  Milli Qurtuluş Günü münasibətilə rayonun Mədəniyyət mərkəzində tədbir keçirildi. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri, rayon ictimaiyyəti və sakinlər iştirak etdilər.

İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər gül dəstələri qoyuldu.  Mədəniyyət mərkəzinin önündəki rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. Tədbirdə icra başçısı Elçin Rzayev cəmiyyətin bütün təbəqələrinin nümayəndələri tərəfindən müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edildiyini bildirdi. Rayon  rəhbəri  qeyd  etdi  ki,  ulu  öndər  Heydər  Əliyevin  “Müstəqilliyin  Əldə  olunması  nə  qədər  çətindirsə,  onun  saxlanılması, daimi, əbədi  olması  bundan  da  Çətindir”  tezisi  hər  bir  dövr  üçün  öz  aktuallığını  qoruyur, birliyə,  həmrəyliyə  bir  çağırış  kimi  önə  çəkilir. Tədbirin bədii hissəsində Heydər Əliyevin keçdiyi mənalı ömür yolunu əks etdirən tamaşa təqdim olundu. Tədbir zamanı həmçinin musiqilər də səsləndirildi   və  rəqs  ifa edildi. Qurtuluş Günü münasibətilə hazırlanan bədii proqram iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

Ərəstun ABDULOV,

“Respublika”.