İNSANLARIN SAĞLAMLIĞININ QORUNMASI ULU ÖNDƏR ÜÇÜN ƏSAS MEYAR İDİ
Siyasət

İNSANLARIN SAĞLAMLIĞININ QORUNMASI ULU ÖNDƏR ÜÇÜN ƏSAS MEYAR İDİ

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridirHeydər Əliyev rəhbərlik etdiyi dövrlər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev zamanı kimi əbədi həkk olunmuşdur. Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi əmin-amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub.    Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib".

Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət qayğısı, dəyərli töhfələri sonsuz olmuşdur. Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu etibarlı silahdaşı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq-alimAzərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva da o dövrdə Azərbaycanda təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələlərin həlli yollarını birgə axtarırdılar. Tibbi-sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik, fenomen rəhbərlə məsləhətləşirdilər. Heydər Əliyev isə öz müdrikliyi, dünyagörüşü uzaqgörənliyi ilə bütün məsələlərdə real çıxış yolu tapırdı.

Bu baxımdan Azərbaycanda hər bir sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvəsini sərf edən Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri məhz səhiyyənin inkişaf etdirilməsi, insanların sağlamlığının təşkili ən ümdə məsələlərdən olmuşdur. Ulu öndər əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başlamışdı. Səhiyyə idaretməsindəki neqativ halların qarşısının alınmasında uğurlar qazanıldı. Bu isə cəmiyyətimizin sağlamlaşdırılması, ayrı-ayrı insanların sağlamlığının təminatçısına çevrildi. Mövcud yararsız tibb müəssisələri abadlaşdırılmağa başlandı, yeni mühüm səhiyyə ocaqlarının tikintisinə start verildi. Məhz Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiyaElmi-Tədqiqat Oftalmologiya Elmi-Tədqiqat Onkologiya institutları, uşaq poliklinikaları s. tibb ocaqlarının inşası ulu öndərin uzaqgörənliyi şəxsi nüfuzu nəticəsində reallaşmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin qabaqcıl ali tibb təhsili ocaqlarında həkim kadrlarının hazırlığına, həm tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə münbit şərait yaradıldı. Bəli, yalnız ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər yüksək reytinqli ali məktəblərə oxumağa göndərildi. Sonralar tibb elmimizin fəxri kimi, vətənimizə qayıdaraq, səhiyyəmizin inkişafına dəyərli töhfələr verirdilər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Bəli, fəxarət hissi ilə deyə bilərik ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri məhz insanların sağlamlığının keşiyində layiqincə duranAzərbaycan səhiyyəsinin tibb elminin inkişafı üçün mükəmməl savadlı, dərin bilikli, əsl peşəkar vətənpərvər həkim kadrlarının hazırlanması olubFenomen şəxsiyyət Heydər Əliyev əhalinin sağlamlığı ilə bağlı profilaktika sağlamlaşdırıcı tədbirlərə, kurort müalicəsinin təşkilinə böyük əhəmiyyət verirdi. Belə ki, Azərbaycanın dilbər guşələrində olan şəfa ocaqlarında, sanatoriyalarda tibb xidmətinin yaxşılaşdırılmasını önə çəkmişdir. İnsanlar burada yetərincə müalicə alaraq, dincələrək sağlamlıqlarını qoruyurdurlar. Hətta nümunəvi müalicə ocaqları kimi digər respublikalardan xarici ölkələrdən bura gəlir, sağlamlıqlarını bərpa edir, minnətdarlıqlarla ayrılırdılar. Respublikamızın Xəzər dənizi sahillərində İttifaq əhəmiyyətli kurort zonasının yaradılması, sənaye müəssisələrində peşə xəstəliklərinin profilaktikası ilə bağlı tədbirlər, ümumittifaq miqyaslı bəzi toplantıların Bakıda keçirilməsinə nail olunmuşdu.

SSRİ-nin dağılması bununla bağlı iqtisadi tənəzzül Azərbaycan səhiyyəsindən yan keçmədi. İşğalçı Ermənistanın etnik təmizləmə siyasəti ərazilərimizin işğalı ilə bağlı bir milyondan çox qaçqın məcburi köçkün ordusunun yaranması bütün sahələrdə olduğu kimi, səhiyyəmizin inkişaf etdirilməsinə mane oldu çox ciddi ziyan vurdu. Ümummilli liderin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışı hesabına ölkəmizdə səhiyyənin inkişafı əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, qərarlar, milli proqramlar qəbul olundu. Ulu öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan özəl səhiyyə sisteminin tətbiqi, həm tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar yaradıldı. Özəl dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu.

Onu xüsusilə qeyd etmək lazımdır ki, ümummilli lider qaçqın məcburi köçkünlərin tibbi təminatı ilə bağlı problemlərin həllini daim diqqət mərkəzində saxlamış, onlara lazımi tibbi xidmətin göstərilməsi ilə əlaqədar göstərişlər vermişdir. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri daim onun nəzər-diqqətində idi. Heydər Əliyevin tövsiyəsinə uyğun olaraq, 1994- ildən etibarən şəhid ailələri Azərbaycanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürülmüşdü. Vaxtaşırı qaçqınlar yaşayan ərazilərdə tibbi müayinələr aparılırdı. Qabaqlayıcı profilaktik tədbirlər görülürdü. Məhz onun davamlı səyi nəticəsində səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görüldü, o cümlədən bir sıra tibb müəssisələrində müasir standartlara uyğun təmir-tikinti işləri aparıldısəhiyyə ocaqları yeni, müasir avadanlıq cihazlarla təchiz edildi.

Dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu. Bəli, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində sıçrayışlı, innovativ inkişaf, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir Azərbaycanın uğurlarının əsasını təşkil edir. Respublikanın hər bir bölgəsi ilə yanaşı, Gəncə şəhərində səhiyyəyə diqqət özünəməxsus yer tutur.

Müasir 200 çarpayılıq 5 mərtəbədən ibarət olan Psixiatriya xəstəxanasının tikilib istifadəyə verilməsi, Abbas Səhhət xəstəxanasının yüksək səviyyədə təmir olunması, Gəncə Şəhər Müalicə Dioqnastika Mərkəzinin inşası, Gəncə Şəhər Endokrinoloji Xəstəxanasının yenidən qurulması, Gəncə Beynəlxalq Xəstəxanasının digər özəl klinikaların fəaliyyəti Gəncə regionda yaşayan vətəndaşların sağlamlığına xidmət edir. Sözün əsl mənasında, xəstələrin paytaxta getməsinə ehtiyac yoxdur. Ən müasir tibbi avadanlıqlar, laboratoriyalar yüksək tibbi xidmət xəstələri razı salır. Azərbaycanda aparılan köklü islahatlardan olan, respublikada icbari tibbi sığortanın tətbiqi isə vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmış onlar bundan yetərincə yararlanırlar. Eyni zamanda fədakar tibb işçilərinin maddi sosial qayğıları öz həllini tapmışdır.

Bəli, dövlət başçısının tibb sahəsinə diqqət qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar ulu öndər Heydər Əliyevin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Bu yolda geriyə boylanan hər kəsin gözləri önündə Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin millət xalq qarşısındakı misilsiz xidmətləri canlanır.

İlkin İSMAYILOV,

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası"

PHŞ-in direktoru, tibb üzrə fəlsəfə doktoru.