İnsanların taleyinə nur saçan görkəmli oftalmoloq
Sosial həyat

İnsanların taleyinə nur saçan görkəmli oftalmoloq

Yüksək əqidə - örnək həkim amalı

Dünyada hər bir məslək bəlli bir dəyər daşıyır. Hippokratın təbirincə desək, söz ağrıları dindirən ilahi bir sənətdən, həkimlikdən düşübsə, bu məslək xüsusilə incəlik, mədəniyyət, duyğusallıq, dərinlik, insan sevgisi tələb edir.

Yüksək əqidəli, insani dəyərlərə malik həkim xəstəyə mənəvi güc verir, həyat eşqi aşılayır. O, həyatın dəyişkənliyini, ölümün qaçılmazlığını hamıdan yaxşı bilir, ancaq bu ağrını xəstəsindən almaq, bu sonluğu gecikdirmək üçün gecə-gündüz çalışır. Azərbaycanın səhiyyə tarixinə adı qızıl hərflərlə yazılmış görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanı bu vəsilə ilə yad edirik.

Atasının - görkəmli dövlət elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmək istəyi Zərifə xanıma nəsib olmuş bu arzu ilə o, həkimlik məsləyini, oftalmologiya sahəsini seçmişdir. Azərbaycan tibb elmində öz dəst-xətti olan yenilikçi alim Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətlər göstərmiş, həkim-oftalmoloqların böyük bir nəslini yetişdirməklə özündən sonra dəyərli məktəb qoymuşdur.

Həkim cəmiyyətdə əxlaq etalonudur...

Zərifə xanımın vaxtilə söylədiyi hər zaman öz aktuallığını qoruyan bu hikmətdən yola çıxaraq böyük alimin həkim xəstə münasibətlərinin həssas məqamları, həkimin müayinə müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız yüksək peşəkarlıq deyil, həm əqidəsinin vacibliyini göstərən, həkimin əxlaq məsələləri haqqında qələmə aldığı "Yüksək əqidə" kitabından bəhs edəcəyik.

Ciddi elmi əhəmiyyətə malik olan bu qiymətli monoqrafiya haqqında akademik Adilə Namazova yazırdı: "Zərifə xanımın əvəzolunmaz əsərlərinin içərisindən birini - "Yüksək əqidə" adlı kitabını xüsusi dəyərləndirirəm. Bu kitab məndə böyük təəssürat yaratdı. Onu Azərbaycan dilinə tərcümə etdim ki, insanlarımız faydalansınlar. SSRİ məkanında keçən əsrin ortalarında ilk dəfə idi ki, belə bir əsər çap olunmuşdu. Bu fəlsəfi mənalı kitab təbabət ilə fəlsəfə arasında möhtəşəm bir körpü salmışdı. Zərifə xanım hamının diqqətini insan, həkim tibb işçisinin mənəviyyatına yönəltmişdir".

Akademik Zərifə Əliyevanın 2003- ildə rus dilindən dilimizə tərcümə edilən "Yüksək əqidə" monoqrafiyası orijinallığı, mövzu əhatəliliyi, tibbi-fəlsəfi məzmunu, praktiki əhəmiyyəti nöqteyi-nəzərdən son dərəcə dəyərli aktual əsərlərdəndir. Kitabda Zərifə xanım gənc həkimlərə tibb işçilərinə verdiyi etik norma prinsiplərə aid tövsiyələri, həkim-xəstə münasibətlərində həssaslıq, səmimiyyət, ən gərgin anlarda bəslənən ümid, qətiyyət hissini maraqlı nümunələrlə publisistik üslubda təqdim edir.

Müəllif əsərində yazır: "Təbabət gələcəyə yönəlib onunla yaşayır, irəliləyir. Yeniliklər, ixtiralar, həssas elektron cihazlar təbabətdə uğurla tətbiq edilir... Lakin müalicə diaqnostikanın texniki təminatı qədər mükəmməlləşsə , həmişə olduğu kimi, insan sağlamlığı keşiyində duran canlı həkim əsas yeri tutur. Təbabət gündən-günə inkişaf edir, o dəyişməyə, yeniləşməyə bilməz, yeganə dəyişməyən həkimin qarşısında duran yüksək mənəvi etik, peşəkarlıq tələbləridir".

Xəstəsini dinləyən, onun diaqnozunu qoymaq istəyən bir həkimi düşünün. Analiz etməli, fikrindəki imkanları dəyərləndirməli, tibbi bilgilərə baş vurmalı, sorğular aparmalıdır. Bir sözlə, onun işi çox çətin yox, çox-çox çətindir. Bu məqamda, hər şeydən əvvəl həkimin şəxsi mədəniyyəti, əxlaqı, alicənablığı, səbri, əqidəsi önə çıxır. Zərifə xanımın həkimlərə başlıca tövsiyəsinin əsasında da məhz bu amil dayanırdı. Bir həkimin mənəvi dəyərləri ilə əqli biliklərini harmoniyada görmək. O, həkimin daxili aləmində sevgi, qətiyyət həqiqət kimi müsbət xüsusiyyətlərin bəşəriyyətin gələcəyi üçün hava su qədər həyati əhəmiyyətli olduğunu izah edirdi.

Zərifə xanım həkimlə xəstə arasında ünsiyyətə psixoloq həssaslığı ilə yanaşır sual edirdi: "Həkimin fəal həyat mövqeyi hansı bünövrə üzərində qurulub? Cavab çox qısa olar: xəstəyə münasibət! Ancaq əsl həkim odur ki, o, xəstənin əzabını öz şəxsi əzabı kimi qəbul etsin; sağalmış, dirilmiş insanın gülər üzü, sevinci həkim üçün ən böyük mükafat, şərəfdir. Ona görə həkimin insanla hər söhbəti, onu qəbul etməsi həm xəstə, həm cəmiyyət qarşısında böyük mənəvi məsuliyyətdir. Başlıcası isə onun öz vicdanı qarşısında olan məsuliyyətidir. Vicdan bizim əsas hakimimizdir. Ağır dəqiqələrdə sevincli saatlarda onunla təkbətək qalanda soruşur: xalat geyinməyə sənin mənəvi haqqın varmı?".

Monoqrafiyasında Zərifə xanım dünya Azərbaycan ədəbiyyatının qədim mənbələrinə istinad edərək mütəfəkkirlərin əxlaqi saflığın mənəvi təmizliyin həkim üçün qədər zəruri olduğunu anladan müdrik fikirlərini, faydalı məsləhətlərini oxucusu ilə bölüşür, böyük şəxsiyyətlərin ömür yoluna nəzər salır.

Cəmiyyətin ən şairanə gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir nəcibləşdirirlər

Monoqrafiyada oxuyuruq ki, tanınmış rus yazıçısı, həkim A.P.Çexov bu sözləri həkimlərin onların köməkçilərinin ünvanına söyləmişdi. Müəllif həkim əməyini, təkcə onun işinin müəyyən dərəcədə öz sağlamlığı həyatını təhlükəyə məruz qoyması xüsusiyyətinə görə deyil, həm daimi fiziki mənəvi gərginliyinə görə gündəlik fədakarlıq hesab edirdi.

Kitabda bir zamanlar tibbi yardımın elmi təbabət ilə heç bir əlaqəsi olmayan insanların - əsasən ara adamlarının, falçıların, cadugərlərin, ruhanilərin əlində olduğu tarixi dövrlərə nəzər salınır. Tibb elmi inkişaf etdikcə bu cür "bilicilərə" qarşı Azərbaycanın qabaqcıl mütəfəkkirləri - M.F.Axundov, Həsən bəy Zərdabi, N.Nərimanov, C.Məmmədquluzadə başqalarının kəskin mübarizəsindən bəhs olunur. Onların çoxsaylı əsərlərində təbabət haqqında proqressiv fikirləri, cəmiyyətdə həkimin rolunun onun yerinin düzgün qiymətləndirilməsi istiqamətində maarifpərvər ideyaları oxucuya çatdırılır.

Zərifə xanım yazır: "Həkim etikasının elementar qaydalarını tapdalayanda müəyyən "yatrogen" adlanan xəstəlik başlaya bilər. Bu çox vaxt yüksək hissiyyatı olan insanlarda baş verir. Bunun səbəbi odur ki, həkim xəstəliyin nəticəsi haqqında lazım olmayan izahatlar verir, xəstə bilir ki, bu diaqnozla onun "axırı yaxşı qurtarmır". Yatrogen hal əsas xəstəliklə yanaşı, ümumi vəziyyəti ağırlaşdırır, yeni patoloji simptomların inkişaf etməsinə səbəb olur... Həkimin ehtiyatsızlıqla söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir. Elə bu, bizim fikrimizcə, tamamilə "yatrogen" termininə uyğun, həkimin fikirləşmədən, ehtiyatsızlıqla söylədiyi sözün insana zərərli təsiridir".

Monoqrafiya beş bölmədən ibarətdir hər bir hissədə həkimin mənəvi-əxlaqi xüsusiyyətləri məsuliyyəti  mövzusu ana xətt təşkil edir. Nəşrdə akademik Zərifə xanımın sağlamlığın qorunmasında, həkimə olan ictimai etimadın yüksəldilməsində tibb işçisinin peşəkar fəaliyyəti ilə yanaşı, onun mənəvi mövqeyinin, etik davranış keyfiyyətlərinin hər şeydən öndə duran norma kimi qiymətləndirdiyinin şahidi oluruq. Zərifə xanım bu kitabında həkimin yüksək əqidə meyarlarına özünəməxsus həssaslıq dünyəvi norma prinsiplər prizmasından yanaşaraq görmək istədiyi müasir dünyagörüşlü Azərbaycan həkimini göz önünə gətirir.

"Yüksək əqidə" əsərində müəllif həkim-pasiyent münasibətlərində tibbi etikanın zəruriliyinə diqqət çəkir, etik məsələləri ibrətamiz örnəklər əsasında oxucuya təqdim edir. Akademik Zərifə Əliyevanın bu əsərində aşıladığı yüksək mənəviyyat keyfiyyətləri səhiyyə sahəsində çalışan bütün mütəxəssislər üçün etalon, sabahkı gəncliyə ərməğan edilən müdrik tövsiyələrdir. Akademik bu tədqiqat əsərində tarixi ədəbiyyatları araşdıraraq, Azərbaycan səhiyyəsinin tarixinə dair maraqlı məqamları üzə çıxarır. Zərifə xanımın tibb tarixi qaynaqlarından seçdiyi təqdim etdiyi tibbi maarifçi ideyalar dövrün mühüm çağırışları ilə səsləşir.

Ümumilikdə, 150-dən çox elmi əsərin, monoqrafiyanın, dərs vəsaitlərininsəmərələşdirici təkliflərin ixtiranın müəllifi olan Zərifə xanım Əliyevanın digər əsərləri kimi, "Yüksək əqidə" əsəri  araşdırılır, öyrənilir neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Təranə TAĞIZADƏ,

Azərbaycan Tibb Universitetinin

II Uşaq xəstəlikləri kafedrasının dosenti,

Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti,

tibb üzrə fəlsəfə doktoru, dosent.