İntellektual bilik yarışı
Region

 İntellektual bilik yarışı

Bu günlərdə Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin və Kürdəmir Regional “ASAN xidmət” Mərkəzinin təşkilatçılığı ilə “Nə? Harada? və “Nə zaman?” intellektual bilik yarışı keçirilmişdir. Yarış Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuşdu.

Turnirin açılış mərasimində doğma Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olundu. Turnirdən öncə yarışın keçirilmə qaydaları barədə gənclərə məlumat verildi və iştirakçılara Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə qaydalarına əsasən qaliblərin açıq havada müəyyən ediləcəyi bildirildi.

Yarışda “Kür” komandası birinci, “Omeqa” komandası ikinci, “Mübarizlər” komandası üçüncü yeri tutdular. Yarışda qalib gələn gənclər Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin mükafatları ilə təltif olundular.

                                    Tofiq HÜSEYN,

                                   “Respublika”.