İntellektual yarış böyük marağa səbəb olub
Region

İntellektual yarış böyük marağa səbəb olub

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da  “Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir. Bu baxımından  Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə  keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışı iştirakçılarda böyük marağa səbəb olub.

Yarışa başlamazdan əvvəl  ümummilli  lider Heydər Əliyevin və 44 günlük haqq savaşımızda Vətən uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.  Mərkəzin direktoru Dilbər İbayeva ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilə, gənc nəslin sağlam, savadlı olmasına, onların fərdi bacarıqlarının aşkar edilməsi və inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Yarışda 5 komanda olmaqla 30 nəfərdən çox iştirakçıya   ulu öndərin həyat və fəaliyyəti, vətənpərvərlik və s. mövzularla bağlı  40 sual təqdim olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda  bütün rəqiblərini üstələyən “Vətən” komandası  1-ci yerin qazanıb. “İstiqlaliyyət” və “Zəfər” komandaları isə müvafiq qaydada 2-ci və 3-cü yerləri bölüşüblər.

 Qalib komandalar tutduqları yerlərə görə fəxri fərmanlara, həmçinin yarışda fəallıq  göstərən “Şuşa”, “Qələbə” komandaları isə təşəkkürnamələrə  layiq görülüblər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.