İntensivləşən təmaslar və yeni təşəbbüslər əməkdaşlığı daha da dərinləşdirir
Siyasət

İntensivləşən təmaslar və yeni təşəbbüslər əməkdaşlığı daha da dərinləşdirir

Bu gün Azərbaycan həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasəti ilə dünyanın diqqət mərkəzindədir. Yalnız region dövlətlərilə deyil, dünya ölkələrilə əməkdaşlığa açıq olan, heç bir dövlətin daxili işlərinə qarışmayan, ərazi bütövlüyünə xələl gətirməyən müstəqil Azərbaycan beynəlxalq aləmdə sülhsevər ölkə, etibarlı tərəfdaş olaraq qəbul edilir. Təsadüfi deyil ki, iqtisadiyyatını möhkəmləndirməklə gücünü, qüdrətini daha da artıran, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanla bu gün əməkdaşlıq etmək istəyən, yeni əlaqələr qurmaqda maraqlı olan ölkələrin sayı getdikcə artır.

Rusiya-Ukrayna müharibəsi dünya düzəninin yenidən formalaşmasına zərurət yaratdı. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiya ölkələri əlaqələri dərinləşdirmək, xalqların təhlükəsizliyini rifahını təmin etmək istiqamətində məqsədyönlü siyasət həyata keçirirlər. Daşıyıcıların Rusiya ərazilərindən istifadə etməkdən imtinası, bunun Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini daha da artırması Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya layihələrinin reallaşdırılması Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərə öz müsbət təsirini göstərir. Ölkələr arasında intensivləşən təmaslar yeni təşəbbüslər ikitərəfli, üçtərəfli çoxtərəfli formatlarda əməkdaşlığı daha da dərinləşdirir.

Mayın 3- ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda IV beynəlxalq konfransda Macarıstan Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professoru Vasa Laslonun dövlət başçımıza ünvanladığı sual hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq bir çox ölkənin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqlədi. Tədqiqatçının: "Mərkəzi Asiya ölkələrinin öz bazarları iqtisadiyyatları arasında bir növ əməkdaşlıq qurmaqla bağlı bəzi fikirləri var... Əgər bu, həyata keçsə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həmin iqtisadi birliyə qoşulacaqmı?", - sualını Prezident İlham Əliyev həmişə olduğu kimi, dəqiq əhatəli şəkildə cavablandırdı. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mədəni-siyasi əlaqələrinin olduğunu yaxın gələcəkdə bir-birinə nəqliyyat, eyni zamanda təhlükəsizlik məsələlərində inteqrasiya edə biləcəklərinin mümkünlüyünü söylədi. Bu ilin mart ayında Özbəkistan Türkmənistan prezidentlərinin ölkəmizdə səfərdə olduqlarını, ötən ilin sonunda Qırğızıstana, həmçinin 3 dəfə Özbəkistana səfər etdiyini diqqətə çatdıran dövlət başçımız bu müsbət dinamikanı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin inkişafı kimi qiymətləndirdi. Ölkə başçımız müasir nəqliyyat infrastrukturuna malik Azərbaycanı Mərkəzi Asiya ölkələrinə dost ölkə adlandırdı: "Düşünürəm ki, ümumilikdə, nəsə olacağı təqdirdə ola biləcəyindən asılı olmayaraq, zənnimcə, Mərkəzi Asiya Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir...".

Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan Türkmənistan ilə ölkəmiz arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcudluğundan, eyni zamanda Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətdən bəhs edərək Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük səy göstərdiyini diqqətə çatdırdı. Qeyd edək ki, İlham Əliyevin Özbəkistana səfəri zamanı strateji tərəfdaşlığı dərinləşdirən müdafiə, nəqliyyat ticarət daxil olmaqla bir çox sahələrdə əlaqələri inkişaf etdirən on səkkiz sənəd imzalanmışdır. Sənəddə Özbəkistan ilə Azərbaycanın müştərək investisiya fondu yaratması, Bakı-Tbilisi-Qars dəmir yolunda yükdaşımaların genişləndirilməsi üzrə işlərin intensivləşdirilməsi, ikitərəfli ticarət malların tranzitinə maneələrin aradan qaldırılması üçün işçi qrupunun yaradılması s. vacib məsələlər öz əksini tapmışdır.

Konfransda iştirak edən Böyük Britaniyanın "Methkins" şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Robertsin: "Qazaxıstana alternativ enerji marşrutlarını tapmağa kömək etmək üçün Azərbaycan edə bilər?", - sualına dövlət başçısı aprel ayında Qazaxıstana rəsmi səfəri zamanı Qazaxıstan ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri barədə müzakirələrin aparıldığını Azərbaycanın boru kəməri vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olunduğunu bildirdi. Rusiyadan, Türkmənistandan, Qazaxıstandan neftin nəqli üçün tranzit ölkə olan Azərbaycanın qonşularının onun infrastrukturundan istifadəsini hər zaman dəstəklədiyini, eyni zamanda 1,5 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilənin imzalandığını qeyd etdi.

Onu da qeyd edək ki, Qazaxıstan Azərbaycanla əlaqələrini TDT çərçivəsində, həmçinin digər təşkilatlar daxilində daha da genişləndirmək yürütdüyü siyasətlə türk birliyinə töhfə vermək niyyətindədir. Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana birgünlük rəsmi səfəri Prezident Qasım-Jomart Tokayevin ötən ilin avqustunda Azərbaycana ilk rəsmi səfərindən təxminən altı ay sonra baş tutmuşdur. Səfər çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstandan Azərbaycan üzərindən Avropaya enerji tranziti ilə bağlı layihələr, o cümlədən telekommunikasiya sahəsinə dair bir sıra sənədlər imzalanmışdır. Qazaxıstan prezidenti Astananın logistik xidmətlərin təkmilləşdirilməsinə, vahid nəqliyyat operatorlarının yaradılmasına, texniki tarif şərtlərinin modernləşdirilməsinə, inzibati maneələrin aradan qaldırılmasına qapalı logistik dövrün yaranmasına ehtiyacı olduğunu vurğulamış bunun iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi kontekstində həllinin mümkünlüyünü qeyd etmişdir.

ABŞ-ın "ALG Transportation" şirkətinin rəhbəri Fərhad Azimanın ölkə başçımıza ünvanladığı: "Özbəkistan, Türkmənistan Qazaxıstan qazının asanlıqla Xəzər dənizinin dibi ilə boru kəməri vasitəsilə Bakıya, oradan isə Avropaya nəqli üçün bütün imkanlar var. Bu layihənin qarşısında duran maneələr hansılardır?", - sualı Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinin Avropaya enerji tranziti məsələsini əks etdirirdi. Prezident İlham Əliyev "ALG Transportation" şirkətinin rəhbərinə bu ölkələrin öz təbii ehtiyatlarını Şərq, yaxud Qərb istiqamətində ixrac edəcəyini müəyyənləşdirdiyi halda Azərbaycanın vasitəçi ölkə kimi əlindən gələni etməyə hazır olduğunu texniki yardım göstərə, Xəzər dənizində boru inşa edən barjları təklif edə biləcəyini söylədi. İstər Şərqin, istərsə Qərbin enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynadığını bildirən Prezident İlham Əliyev konsorsium yaradıldıqdan, korporativ sərmayənin, kreditlərin kimlər tərəfindən veriləcəyi müəyyən edildikdən sonra Özbəkistan, Türkmənistan Qazaxıstan qazının Avropaya nəql olunmasında Azərbaycanın ədalətli tranzit ölkə olacağını vurğuladı. Prezident neft qaz satışından əldə olunan gəlirin fonunda tranzit ölkə olaraq qazanılan vəsaitin o qədər böyük olmasa da, Azərbaycanın hər zaman dost ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini bu istiqamətdə mühüm addımlar atdığını diqqətə çatdırdı.

Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starova Prezident İlham Əliyevə: "Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün gələcəyi barədə düşünürsünüz?", - sualına: "Bir kəmər, bir yol" təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib... Eyni zamanda Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var həmçinin demək istərdim ki, ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb. Bu layihə bir neçə il müzakirə mərhələsində idi. Buna artıq rəsmi olaraq başlanılıb bu, onu göstərir ki, əgər başlayıbsa, deməli, işləyəcək. Mütləq, daha çox yük daşınacaq. Hazırda biz Xəzərin şərq sahillərində ümumiyyətlə, Mərkəzi Asiyada tərəfdaşlarımızla birlikdə vahid tariflərin müəyyən olunması üzərində, bu yolun təkcə nəqliyyat təhlükəsizliyi baxımından deyil, həm kommersiya baxımından əhəmiyyətli olması üzərində işləyirik bu, mümkündür", - deyə cavab verdi.

Bəli, suallar müxtəlif olsa da, hər zaman məntiqi, geniş dünyagörüşü ilə yüksək tribunalarda, beyin mərkəzlərinin iştirakı ilə aparılan müzakirələrdə dəqiq, dürüst fikirləri ilə auditoriyanın diqqət mərkəzində olan, ona ünvanlanan sualları qərəzsiz tam aydınlığı ilə şərh edən Azərbaycan Prezidenti İlham Əliyev "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda IV beynəlxalq konfransda da diskussiyalar zamanı düzgün ədalətli mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçımız, həmçinin Azərbaycanın Avropa Komissiyası ilə təbii qaz, bərpaolunan enerji yaşıl hidrogen daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoqu apardığını, zəngin neft qaz ehtiyatlarına malik olan ölkəmizin Avropaya mümkün qədər çox qaz nəql etmək üçün mühüm diplomatik addımlar atdığını Avropa İttifaqının Prezidenti Ursula Fon der Lyayen ilə imzalanan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsasən 2027-ci il üçün qaz təchizatını iki dəfə artıracağını vurğuladı.

Müstəqil siyasət yürüdən Azərbaycanın bölgədəki mövqelərinin möhkəmlənməsi onu irəliyə, hərtərəfli inkişafa doğru aparır. Bu gün ölkədə gedən proseslər, bölgədəki mövqelərimiz, dünyada baş verənlərə təsir imkanlarımızın genişlənməsi ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. İlham Əliyevin siyasi, iqtisadi, ictimai mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar Azərbaycanın xoş gələcəyinə hesablanıb.

Mehparə ƏLİYEVA,

"Respublika".