İqor Qrosu: Moldova və Azərbaycana xarici investisiya qoyuluşu artırılmalıdır
İQTİSADİYYAT

İqor Qrosu: Moldova və Azərbaycana xarici investisiya qoyuluşu artırılmalıdır

Moldova və Azərbaycana qarşılıqlı şəkildə xarici investisiya qoyuluşu artırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovla görüşündə Moldova Parlamentinin Sədri İqor Qrosu söyləyib.

Spikerin sözlərinə görə, hər iki ölkədə xarici sahibkarların fəaliyyəti üçün normal biznes mühiti mövcuddur.

Görüşdə Azərbaycanın və Moldovanın parlamentlərarası əlaqələrinin, iqtisadi əməkdaşlığın gücləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

AZƏRTAC