İqtisadiyyat Nazirliyində görüşlər keçirilib
İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində görüşlər keçirilib

Pakistan

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin təşəbbüsü fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib. Diqqətə çatdırılıb ki, ticarət Pakistanla tərəfdaşlığın əsas istiqamətlərindəndir bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir.

Görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional qlobal enerji layihələri, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib. Bu xüsusda, Pakistan şirkətləri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər enerji, tranzit-logistika sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı məsələlərini müzakirə ediblər.