İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin mütəxəssislərdən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

AZƏRTAC