İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev neft naziri ilə görüşüb
Digər xəbərlər

İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev neft naziri ilə görüşüb

Mayın 19-da İranda səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Övci ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, müştərək layihələrin iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərara alınıb.

AZƏRTAC