İşğaldan azad edilən ərazilərdə dağıdılmış təhsil infrastrukturu bərpa olunur
Digər xəbərlər

İşğaldan azad edilən ərazilərdə dağıdılmış təhsil infrastrukturu bərpa olunur

Ulu öndər Heydər Əliyev: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə olacaqdır. Mən buna inanıram bu inamla yaşayıram, bu inamla işləyirəm bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. Bu gün artıq dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə üçüncü dəfədir ki, bayram sevincini öz xalqı ilə paylaşır. Tarixi Qələbəmizdən cəmi dörd ay sonra, 20 mart 2021-ci il tarixində Prezident İlham Əliyev Şuşadan, Cıdır düzündən xalqa etdiyi müraciətində demişdi: "Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik". Bu sözlər həm Azərbaycan xalqının əhvali-ruhiyyəsindən xəbər verirdi.

Bu il Novruz tonqalı ölkə başçımız tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı. 44 günlük Vətən müharibəsində bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı. Çünki Talış kəndinin olduqca vacib strateji əhəmiyyəti var. Talış kəndində Prezident İlham Əliyevin tapşırıqları əsasında Vətən müharibəsindəki qələbəmizdən sonra bütün bölgələrimizdə olduğu kimi, tikinti-bərpa işləri aparılır yeni infrasturuktur yaradılır. Dövlət başçımızın bayram münasibətilə təbrik müraciətində qeyd etdiyi kimi, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Talış kəndində yandırılan Novruz tonqalı, kənd sakinlərinin doğma yurdunda milli bayramımızı qeyd etməsi dünya azərbaycanlılarını qürurlandırır.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm Təhsil Nazirliyinə 2022-2026- illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər ümumi təhsil müəssisəsinin tikintisi bərpası nəzərdə tutulur.

Görülən tədbirlərin davamı olaraq 2022-ci il martın 20- dövlətimizin başçısı Suqovuşana səfəri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdır. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi. Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı yeməkxana var. Məktəbdə internet, mebel-inventar digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol açıq oyun meydançaları yaradılıb.

Uğurlu tədrisin inkişafı işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun qurulması çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qızları Arzu Əliyeva 18 mart tarixində Tərtər rayonunun Talış kəndində yerli məktəb binasının yenidən qurulması bərpasını müşahidə etdilər. Məktəbin 78 şagird üçün inşa edilmiş olan ikimərtəbəli binasının dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub yanğın siqnalizasiya, rabitə, zəng videomüşahidə sistemləri ilə təchiz edilib. Birinci ikinci mərtəbələrdə sinif, tibb müəllim otaqları yerləşir mansardda akt zalı kitabxana mövcuddur. Həyətyanı ərazisində süni ot örtüklü futbol idman meydançaları yaradılmışdır. Yeni istifadəyə verilən Talış kəndindəki tam orta məktəbdə artıq martın 27- ilk zəng çalınıb. Belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub. Talış kəndində yerləşən məktəb, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə təlim-tədris infrastrukturunun yenidən qurulması prosesinin bir hissəsi olaraq, daha yaxşı təhsil imkanları təqdim etmək məqsədilə tikilib. Ərazilərimizdə yenidən qurulan bərpa edilən məktəblər, işğaldan azad edilmiş ərazilərdə təhsil təlim üçün yüksəkkeyfiyyətli tədris imkanları təqdim edir. Bu proses işğaldan azad edilmiş bölgələrdə məskunlaşan insanların təhsil imkanlarının genişləndirilməsi, şagirdlərin keyfiyyətli tədris alması yeni nəsillərin öz potensialını tam şəkildə göstərmələri üçün böyük bir əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu tədbirlər Azərbaycan hökumətinin təhsil sahəsindəki özünəməxsus inkişaf strategiyasının nəticəsidir. Bu, ölkədə təhsil sahəsindəki inkişafı təmin etmək üçün həyata keçirilən çoxsaylı layihələrin yalnız bir nümunəsidir. Azərbaycan hökuməti təhsilin keyfiyyətini ölkənin potensialını artırmaq məqsədilə fəaliyyətini genişləndirməkdə davam edir. Bu sahədə həyata keçirilən çalışmaların nəticəsi kimi ölkədə təhsil ocaqlarının universitetlərin keyfiyyəti artırılır, yeni təhsil müəssisələri tikilir mövcud təhsil müəssisələri yenidən təchiz edilir. Bu, həm Azərbaycanın müasir dövlət standartlarına uyğun şəkildə inkişaf etməsinə zəmin yaradır.

Nurlan ABDALOV,

"Respublika".