İslandiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə hazırdır
Siyasət

İslandiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə hazırdır

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində İslandiya Respublikasının xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində iki ölkə arasındakı münasibətlər, xüsusilə alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Thordis Kolbrun Reykfyord Gylfadottir İslandiyanın bu sahədə geniş təcrübəyə malik olduğunu qeyd edərək, İslandiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə hazır olduğunu ifadə edib.

Görüş çərçivəsində tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC