İSRAİL
Digər xəbərlər

İSRAİL

Müqəddəs torpaqları, çoxsaylı dini ziyarətgahları sirli mühiti ilə bütün dünyanın diqqətini özünə çəkən İsrailin özünəməxsus coğrafi mövqeyi var. Şimal hissəsində başıqarlı dağların, cənubda isə səhraların yer aldığı ölkənin 9,364 milyon əhalisi var. Yalnız XX əsrdə BMT-nin qərarı ilə öz dövlətini quran İsrailin ərazisi 22,145 kvadratkilometrdir. Aralıq dənizinin şərq sahillərində yerləşən İsrail şərqdən İordaniya İordan çayının qərb sahili, cənub-qərbdən Misir Qəzza zolağı ilə həmsərhəddir. Qədim tarixi olan ölkənin paytaxtı Yerusəlimdir. Ölkədə rəsmi dil ivrit ərəb dilləri olsa da, İsrail dünyanın ən çoxdilli ölkələrindən biridir. Qurudan 4 müsəlman dövləti ilə həmsərhəd olan İsrailin qərbdən Aralıq dənizinə, şərqdən Ölü dənizin cənub-qərb bölgəsinə, cənubdan isə Qırmızı dənizin Əqəbə körfəzinə çıxışı var.

İqtisadi cəhətdən regionun ən inkişaf etmiş dövləti olan İsrail qısa müddət ərzində sürətlə inkişaf etmişdir. Ölkədə ümumdaxili məhsulun illik dəyərinin təqribən 3 faizi elmi tədqiqatlara eksperimental işlərə yönəldilmişdir. İsrail dünyada günəş enerjisindən istifadədə, kənd təsərrüfatında tətbiq edilən genealoji mühəndislikdə, pilotsuz kəşfiyyatçı təyyarələrin istehsalında liderliyini qoruyub saxlamışdır.

Hasilat sənayesinin əsasını Ölü dənizdəki natrium brom duzları Neqev səhrasındakı fosfor istehsalı təşkil edir. Çıxarılan fosfatın üçdəiki hissəsi Nxal-Sin yataqlarının payına düşür. İsrail nəinki fosfata olan daxili tələbatını tam ödəyir, hətta onu dünya bazarına da çıxarır. 60-a qədər istilik elektrik stansiyasında ildə 30 milyard kvadrat-saata qədər elektrik enerjisi istehsal edilən ölkədə kiçikhəcmli bir neçə atom elektrik stansiyaları da fəaliyyət göstərir. İsrailin dünya standartları səviyyəsində inkişaf etmiş əsas sənaye sahəsi isə kimya müəssisələridir.

Dənizlər, dağlar səhralar arasında yerləşən İsrailin ərazisi kiçik olsa da, müxtəlif səth quruluşuna malikdir ki, bu da ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. Ölkə ərazisinin əksər hissəsini Neqev yaylası tutur. Qeyri-metal sərvətləri ilə zəngin İsraildə kalium duzları, natrium brom mövcuddur. Neqev yaylasında isə fosforit, qips kimi tikinti materialları kvars qumları var. Ölü dənizdən əldə edilən potaş, xlorlu maqnezium, xörək kalsium duzları, xüsusilə əhəmiyyətlidir. Zəngin floraya sahib İsraildə endemik bitki növləri üstünlük təşkil edir. Ərazisinin 5 faizini meşələr təşkil edən ölkənin ən gözəl yerlərindən biri Qaliley yaylasıdır.

Dinamik inkişaf edən müasir İsrail mədəniyyətinin əsas xüsusiyyətlərindən biri yəhudi təqvimindən istifadə edilməsidir. Yəhudi təqviminin özəlliyi isə ondan ibarətdir ki, təqvimdə dörd Yeni il var heç biri yanvarın 1- düşmür. Sosial dini baxımdan böyük əhəmiyyət kəsb edən ailə yəhudilərdə həm qərb, həm şərq ünsürlərini anlayışlarını özündə ehtiva edir. Valideynin xeyir-duasını olduqca vacib hesab edən yəhudi xalqı ailəni kiçik dövlət adlandırır. Tövratda ailə "qalaya" bənzədilir, "Varlıq" kitabında isə qeyd olunur ki, bu "qalanın" təməli möhkəm olmalıdır. Əgər "qaladan" bir daş düşsə, bu, bütün qalanın məhvinə gətirib çıxara bilər.

Tarix boyu müxtəlif xalqlara evsahibliyi edən Azərbaycan yəhudi xalqına böyük diqqət səmimiyyətlə yanaşmışdır. İnsani dəyərlər, milli-dini tolerantlıq qarşılıqlı anlaşma iki xalq arasında tarixən mövcud olmuşdur. Dərin köklərə əsaslanan Azərbaycan yəhudi xalqlarının soyqırımlara məruz qalması ortaq taleyi bu münasibətləri daha da dərinləşdirmişdir. Bu da ondan xəbər verir ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Azərbaycan dövlətinin yəhudi icmasına göstərdiyi diqqət beynəlxalq aləmdə etiraf edilib. Ölkələrimiz arasında yaranan bu münasibətlər İsrailin müsəlman ölkəsi ilə əməkdaşlıq əlaqələrinin modeli kimi nümunə göstərilir.

25 dekabr 1991-ci ildə ölkəmizin müstəqilliyini tanıyan İsraillə diplomatik münasibətlər 7 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan-İsrail münasibətlərinin pik nöqtəyə yüksəldiyi dövr isə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlamışdır. Həmin dövrdə iki ölkə arasında əlaqələrimiz strateji ortaqlıq səviyyəsinə yüksəlmişdir. 29 avqust 1997-ci il tarixdə ilk dəfə Azərbaycana səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu ilə Heydər Əliyevin görüşü zamanı hər iki ölkə üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Bu gün Heydər Əliyevin millətlərarası münasibətlərin inkişafı istiqamətində əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm tolerantlıq məkanı kimi tanınmasına nail olmuşdur.

28-29 iyun 2009-cu il tarixdə İsrailin sabiq prezidenti Şimon Perezin Bakı səfəri isə siyasi-diplomatik münasibətləri ən yüksək səviyyəyə çatdırmışdır. Regionda dünyada böyük əks-sədaya səbəb olan bu görüş Azərbaycan-İsrail əlaqələrində ən önəmli hadisələrdən biri olmuşdur. Bu səfər zamanı kommunikasiya, təhsil, elm texnologiya sahələrində ölkələr üçün əhəmiyyət kəsb edən iki müqavilə imzalanmışdır. Mühüm hadisələrdən biri 2009-cu ildə paytaxt Tel-Əvivdə ilk dəfə Azərbaycan-İsrail Biznes Forumunun keçirilməsi idi. İlham Əliyevin 2014- il 22 yanvar, 2016- il 21 yanvar, 2018-ci il 24 yanvar tarixlərində Davos İqtisadi Forumu çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə səmimi görüşləri yaddaqalan olmuşdur.

Azərbaycan-İsrail münasibətlərinin möhkəmlənməsində 2016- il 13 dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri böyük rol oynamışdır. Səfər çərçivəsində hər iki ölkə üçün önəm daşıyan bir çox mühüm sənədlər imzalanmışdır. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın ilk iclası isə 2018-ci ilin 15 may tarixində Qüds şəhərində keçirilmişdir.

İsrail neftə olan tələbatının əsas hissəsini Azərbaycan hesabına ödəyir. İqtisadiyyat, təhlükəsizlik, enerji ticarəti mədəniyyət sahəsində görülən işlər əməkdaşlığımızı daha da dərinləşdirirAzərbaycanda bir çox layihələr həyata keçirən İsrail tərəfindən ölkəmizə əsasən elektrotexnika, maşınqayırma metal emalı sənaye məhsulları gətirilir. Azərbaycanın Asiya ölkələrinə ixrac etdiyi məhsulların 50 faizindən çoxu İsrailin payına düşür. Həmçinin İsrail Azərbaycanın silah yüksək texnologiyalarla bağlı əsas təchizatçısıdır.

İsrail ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunub. Buna misal olaraq, 2021-ci ildə Təl-Əvivdə İsrail-Azərbaycan Kənd təsərrüfatı Biznes Forumunu göstərmək olar. Hər iki ölkənin Kənd Təsərrüfatı Nazirliyinin İsrail İxrac institutunun təşkilatçılığı ilə keçirilən tədbirdə bu sahədə ən yaxşı təcrübələri bölüşmək mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək üçün mühüm imkanların yaradılmasından bəhs olunmuşdur. Aqrar sahədə ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, aqrar məhsul ixracının artımı sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatını yaratmağın da vacibliyi vurğulanmışdır. 2023- ilin fevral ayında isə Bakıda "Kənd təsərrüfatı təhsil" mövzusunda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilmiş, burada aqrar sahədə müasir innovativ texnologiyaların tətbiqində Azərbaycanla İsrail əməkdaşlığı müzakirə olunmuşdur.

Yəhudi icması ölkələr arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayır. Dünyada birinci Dağ Yəhudiləri Muzeyi məhz Azərbaycanda "Qırmızı Qəsəbə" fəaliyyət göstərir. Avropanın ən böyük sinaqoqlarından birinin Bakıda olması, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dili tədrisinin daxil edilməsi ölkələrimiz arasında dostluğun bariz nümunəsidir. Həmçinin ölkəmizdə "Az-İz", "Qüllə" "Amişav" kimi yəhudi dilində qəzetlər nəşr olunur.

Ermənistan-Azərbaycan münaqişəsində öz dəstəyini əsirgəməyən yəhudi lobbisi ölkəmiz üçün önəmli olan beynəlxalq problemlərin həllində hər zaman Azərbaycanın yanında olmuşdur. Ordumuzun zəfər salnaməsində İsraildən aldığımız müasir silahlar böyük rol oynamışdır. Belə ki, İsrailin Azərbaycana verdiyi son model "Aerostar", "Hermes", "Heron" "Harop" silahları müharibənin taleyinin təyin edilməsində böyük əhəmiyyət kəsb etmişdir. 44 günlük Vətən müharibəsi dövründə İsrail tibbi avadanlıqlar olmaqla humanitar yardımını da əsirgəməmişdir. Qarabağın dağıdılmış infrastrukturunun bərpasında İsrail şirkətləri yaxından iştirak edirlər.

Ölkələrimiz xalqlarımız arasında mövcud olan mədəni-tarixi qarşılıqlı dostluq münasibətləri turizm əlaqələrinin inkişafına da öz töhfəsini vermişdir. 2021-ci ilin avqustunda Azərbaycanın İsraildə ilk dəfə olaraq turizm, eyni zamanda ticarət nümayəndəliyi fəaliyyətə başlamışdır. 2022-ci ildə isə Dövlət Turizm Agentliyi ilə İsrailin Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Ötən il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar olmuşdur. Belə ki, 18 noyabr 2022-ci il tarixində Milli Məclisdə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi qüvvəyə minmişdir. nəhayət hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə 2023- il martın 29-u İsraildə Azərbaycan səfirliyinin açılış mərasimi baş tutdu. İkitərəfli siyasi əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaq bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verəcək bu addım ölkələrimiz arasında münasibətlərdə vacib rol oynayacaq.

Regionda vəziyyətin sabitləşməsinə xidmət edən İsrail-Azərbaycan əlaqələri bundan sonra daha geniş müstəvidə davam edəcək.

Arzu ASİFQIZI,

"Respublika".