İsrail Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət

İsrail Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31- başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti İsxak Hersoqu xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev digər rəsmi şəxslər yola saldılar.