İstanbulun fəthi - Yeni dövrün başlanğıcı
Türk dünyası

İstanbulun fəthi - Yeni dövrün başlanğıcı

Dünyanın ən mühüm hadisələrindən biri olan İstanbulun fəthinin 570-ci ildönümü qeyd olunur. İstanbulun fəthi 1453- il mayın 29-da Osmanlı sultanı 21 yaşlı Fateh Sultan Mehmet (Sultan II Mehmet) onun komandanlığı altında olan Yeniçəri Ordusu tərəfindən həyata keçirilmişdir. 6 aprel 1453- ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 günlük mühasirədən sonra fəth edilmişdi. Fateh Mehmet onun tabeliyində olan əsgərlər Bizans imperatorluğunun lideri XI Konstantinin ordusuna qarşı döyüşdə qalib gələrək türk dünyasının tarixində yeni bir səhifə açmış, Bizansı isə süquta uğratmışdır.

Fəth olunmazdan öncə "Konstantinopol" adlandırılan, dünyanın coğrafi mərkəzi hesab edilən bu yer əvvəllər dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə şəhər Əməvilər Abbasilər tərəfindən mühasirəyə alınmış, lakin bu mühasirələr uğursuz olmuşdu. Osmanlılar da şəhəri mühasirəyə almış, hətta Çimpə qalasını Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bu mühasirədə I Bəyazidin mancanaqlardan istifadə etdiyi bildirilir. Lakin bu mühasirə qərbdə Macarıstan krallığının indiki Bolqarıstan ərazisinə (Osmanlı torpağına) hücumu ilə başa çatmışdı. Növbəti il mühasirə yenidən başlamış kifayət qədər hazırlıqlı olan bizanslılar bu dəfə dəniz yolundan gələn hücumların qarşısını kəsmək üçün Anadolu Hasarını inşa etmişdilər. Uzun sürən mühasirənin faydasını görməyən I Bəyazid Bizansın sülh təklifini qəbul edərək geriyə dönməyə məcbur olmuşdu.

Ankara döyüşündən sonra Osmanlıda geriləmə dövrü (Fetrət) başlamışdı. Lakin Ankarada məğlub olmuş Osmanlı dövləti Konstantinopola I Bəyazidin oğlu olan Musa Çələbinin başçılığı ilə yenidən hücum etmiş 1412-ci ildə mühasirəyə almışdı. Amma bu mühasirə öz məntiqi nəticəsini tapa bilməmişdi. Dördüncü mühasirə isə II Muradın dövründə olmuş, uğurlu strateji həmlə edən Bizans imperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları xərac verməyi qəbul etməsindən sonra mühasirə başa çatmışdı. Bizansın bu qədər kiçik bir əraziyə sıxışdırılmasına baxmayaraq, illərlə niyə məhv edilmədiyi sualının cavabı şəhər divarları arasında gizlənir. Üç qatda düzülmüş bu divarlar çox möhkəm materialdan hazırlanmışdır. Şəhəri əhatə edən divarların ümumi uzunluğu təxminən 22 kilometr, bu divarların qalınlığı 5 metr, hündürlüyü isə 15 metr idi. Bastionların yerdən hündürlüyü bəzi yerlərdə 20-25 metrə çatırdı.

Mühasirələr uğursuz olsa da qüdrətli Osmanlı dövləti Bizansın bütün ətraf ərazilərini öz tərkibinə qatmışdı. Artıq II Mehmet taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmişdi. Bu qüdrətli dövlətin imperiya halına gəlməsi an məsələsi idi. Bunun üçün bir addım qalmışdı - Konstantinopolun fəthi.

1451-ci ildə taxta çıxan Fateh Sultan Mehmetin o zaman 19 yaşı var  idi. Avropada bir çoxları gənc sultanın uğur qazana bilməyəcəyini Balkanlarda, Egedə xristian gücləri qarşısında məğlub olacağını proqnozlaşdırırdılar. Fateh Mehmetin Avropaya qarşı sakit münasibəti bu fikri dəstəkləmiş, lakin düşüncə davranışların bir-birindən fərqli ola biləcəyi nəzərə alınmamışdır.

Gənc hökmdar səfər hazırlıqları çərçivəsində Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq məqsədilə Rumeli Hasarının tikintisinə başlanılmasını əmr etmişdi. Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. Tikinti 1452-ci ilin aprel ayında başlamışdı. Rumeli Hasarının 13 bürcü vardı üç böyük bürcün üstü qurğuşun baca ilə örtülmüşdü. 400 əsgərin müdafiə etdiyi qala Firuz Ağaya tapşırılmışdı. Tikintinin başa çatması boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi. Bizans tərəfindən tikintinin dayandırılması üçün göndərilən 2 elçi II Mehmetin göstərişi ilə edam edilmişdi. Açıq-aşkar türklərin fəth üçün hazırlandığını görən bizanslılar isə bütün xristian dünyasından yardım istəyirdi. Hətta Roma papası II Mehmetə nəinki Konstantinopolu, bütün dünyanı qan tökülmədən fəth etməyi vəd etmişdi. Tək şərt isə Fatehin xristianlığı qəbul etməsi idi. Lakin bu təklif Mehmet tərəfindən qəzəblə qarşılanmış bunu bildirən elçi qala divarlarından aşağıya atılmışdır.

Mühasirəyə hazırlıq müddətində dövrünə görə böyük topların hazırlanmasına başlandı. Bizans zindanlarında əsir olan qaçırılan Urban adlı mühəndis tərəfindən hazırlanan "Şahi top" bunlardan biri idi. Bu topun bir mərmisi təqribən 550 kiloqram, uzunluğu 8, həcmi isə 2,5 metr idiOsmanlı ordusunun sayı ilə bağlı isə müxtəlif düşüncələr vardır. Fərziyyələrə görə, bu rəqəm 160000-250000 arasında dəyişir. Mühasirəyə dənizdən dəstək vermək üçün Osmanlı donanması kifayət qədər yaxşı hazırlaşmışdı. Baltaoğlu Süleyman Paşanın komandanlığındakı donanmanın gəmilərinin sayının 300-dən çox olduğu bildirilir.

1453- il aprelin 6-da Osmanlı quru ordusu Qızıl Buynuzdan Mərmərəyə qədər uzanan divarlar qarşısında yerləşdirilmişdi. Topların yerləşdiriləcəyi yerləri seçmək üçün divarların ən zəif hissələri müəyyən edilmişdi. Topların yerləşdirilməsindən iki gün sonra artıq Baltaoğlu Süleyman Paşanın komandanlığı ilə Osmanlı Donanması Prinkipos (Büyükada) Antiqoni (Burgaz adası) Tarabyada bir Bizans qalasını ələ keçirmişdi.

Toplar yerləşdirildikdən sonra II Mehmet vəziri Vəli Mahmud paşanı imperator Konstantinin yanına göndərərək şəhərin təslim olmasını tələb etmiş, Konstantin şəhəri qorumaq üçün and içdiyini, lakin istəsə vergi ödəyə biləcəyini söyləmişdi. Lakin bu dəfə bu taktika uğur qazanmadı. Nəticədə 12 aprel 1453- ildə Osmanlı artilleriya atəşinə başladı. Bir çox mənbələrə görə, olduqca güclü hesab edilən bu toplar böyük səs-küy salaraq şəhər müdafiəçilərini ruhdan salırdı. Osmanlı topları təxminən iki saata doldurulduğundan artilleriya atəşi tez-tez baş vermirdi.

20 aprel 1453- ildə 4 Genuya gəmisi mühasirə səbəbilə təchizatı tükənmiş olan şəhərə dəstək olmaq üçün hərbi yardım gətirdi. Osmanlı donanması bu gəmilərin Bizansa yardım gətirməsinə mane ola bilmədi. Bu hadisədən sonra Osmanlı tərəfində mənəvi çöküş yaşansa da tez bir zamanda tarixə keçəcək bir addım atıldı. Osmanlı gəmiləri quru yol ilə dənizə endirildi.

Qərb mənbələri bu yardımlardan sonra Fateh Sultan Mehmetin bu planı bir gecədə qurduğunu aprelin 21-22- gəmiləri Qızıl Buynuza endirdiyini yazır. Gəmilərin bir gecədə bütün yolları keçərək Qızıl Buynuza enməsi çox da adi görünmür. Üstəlik, şəhərin müdafiəsini çox yaxşı bilən dahi II Mehmet bu planı əvvəlcədən planlaşdırmalı idi. Dövrün şahidi Tursun bəy "Tarixi Ebu'l Feth" adlı kitabında gəmilərin bu yardımın Bizansa gəlməsindən çox əvvəl endirildiyini yazır. Nəticədə, plan daha əvvəl başlasa da, Genuya gəmilərinin Bizansa yardım gətirməsi bu planı sürətləndirmişdi. Ertəsi gün Qızıl Buynuz sahillərindən Osmanlı donanmasını görən bizanslılar dəhşətli bir qorxu ilə günə başladılar. Qızıl buynuzun girişinə çəkilən zəncirin artıq bir önəmi qalmamışdı.

May ayı boyunca davam edən döyüşlərdə amansız mübarizə gedirdi. Mayın 19-da səhər saatlarında Osmanlı ordusu qalanın Adrianapolis qapısına hündür yürüş qülləsi gətirdi. O, qat-qat öküz, dəvə dərisi ilə örtülmüş taxta skeletdən ibarət idi skeletin boşluqları torpaqla doldurulmuşdu. Ox kiçik top güllələri ilə zədələnə bilməyən bu qüllə sayəsində divardakı əsgərlərə oxlar atılır xəndəklər torpaqla doldurulurdu.

Çərşənbə axşamı, mayın 29-da günəş doğmadan Osmanlı ordusu sübh namazını qıldı mehter marşı ilə hücum yürüşünə başladı. II Mehmet son hücum dəstəsi olan yeniçərilər ilə qala divarlarına yaxınlaşdı. Bizans qoşunları artıq tükənmişdi, qətiyyətli təcrübəli yeniçərilər sıralarını pozmadan divarlara çatdılar. Qızğın mübarizə nəticəsində qalib gələn Fateh Mehmet yeniçərilər sürətlə şəhərin içlərinə doğru irəlilədilər. II Mehmet, vəzirləri komandirləri ilə birlikdə Müqəddəs Romanos qapısından (Topkapı) şəhərə daxil olaraq Ayasofyanın önünə gəldilər. Mehmet səcdə edib yeri öpdü kilsəyə sığınan camaatın kölə edilməsinin bəs edəcəyini söyləyərək çölə çıxmasını istədi, onların həyatına toxunulmadı.

Fəth olunduğu ildən 1923- ilə qədər 470 il Osmanlı İmperiyasının paytaxtı olan İstanbul, Osmanlının elm, mədəniyyət incəsənət mərkəzinə çevrilmişdir. Tarix boyunca bir çox sivilizasiyanın paytaxtı olmuş İstanbul gücünü keçmişdən alaraq bu gün dünyanın ən önəmli metropollarından biri hesab edilir. Dinamik yaşayış mühiti kosmopolit quruluşu ilə İstanbul mədəni cəlbediciliyi ilə yanaşı, yeni iqtisadi imkanlar da təqdim edir. İstanbul Avropa Asiyanı birləşdirən qitələrarası körpü missiyası ilə mədəni, siyasi iqtisadi sahələrdə mühüm rola malikdir. Keçmişdən bu günə İpək Yolu Ədviyyat Yolu kimi dünyanın mühüm ticarət yolları üzərində olan İstanbul bu rolunu 2012-ci ildən etibarən canlandıraraq "Bir Kəmər, Bir Yol" layihəsi ilə Pekindən Londona qədər olan İpək Yolunun rolunu artırmağa çalışır.

İstanbul zəngin bənzərsiz tarixi memarlığı, geniş kulinariyası çoxsaylı mədəniyyət incəsənət abidələrini özündə toplayan multikultural bir metropoldur. Dörd fəsil öz iqlimi ilə həm yaşamaq, həm işləmək üçün ən çox seçilən şəhərlərdən biridir. Orta yaş həddi 33,1 işçi qüvvəsində iştirak nisbəti yüzdə 53,6 faiz olan İstanbul gələcək əmək bazarının dəyişkənliyinə asanlıqla uyğunlaşan dinamik keyfiyyətli demoqrafik quruluşa malikdir.

"Dünyanın Paytaxtı" hesab edilən İstanbulun türk torpağı olması bütün türk dünyasının iftixarıdır hər bir türk bununla qürur duyur.

Nurlan ABDALOV,

"Respublika".