İtaliyada keçirilən Avropa prokurorlarının konfransı başa çatıb
Digər xəbərlər

İtaliyada keçirilən Avropa prokurorlarının konfransı başa çatıb

İtaliyanın Palermo şəhərində Avropa Prokurorlarının Konfransı işini ətraf mühitlə bağlı cinayətlərin araşdırılmasında prokurorların rolu və virtual mühitdə maliyyə cinayətlərinin istintaqında hüquqi yardımın göstərilməsi mövzularında davam etdirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Türkiyə, İsveçrə, Almaniya, Estoniya, Xorvatiya, Gürcüstan və sair ölkələrin prokurorluq xidmətlərinin rəhbərləri və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib, mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tədbirin sonunda İtaliya Prezidenti Sercio Mattarella, hökumət üzvləri, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə mafiya üzvlərinin mühakimə olunduqları məhkəmə binası "Aula Bunker"də 20-ci əsrin sonlarında mafiyaya qarşı qətiyyətli mübarizə aparmış və vəzifə səlahiyyətlərinin icrası ilə bağlı 1992-ci ildə qətlə yetirilmiş prokuror, hakim və polis əməkdaşları, o cümlədən Covanni Falkone, Françeska Morvillo və Paolo Borsellinonun xatirələri yad edilib.

AZƏRTAC