İtaliyalı jurnalist: Şuşanın gözəlliyi məni valeh etdi
MÜSAHİBƏLƏR

İtaliyalı jurnalist: Şuşanın gözəlliyi məni valeh etdi

Şuşa Azərbaycanın rəmzidir. Bəzən şəkillərdə şəhərlər daha gözəl görünür. Amma Şuşanı canlı görmək şəkillərdən daha maraqlıdır. Şuşanın gözəlliyi məni valeh etdi.

Bunu AZƏRTAC-a açıqlamasında İtaliyanın “II Giornale” qəzetinin jurnalisti Emmanuel Pietrobon deyib.

İtaliyan jurnalist qeyd edib ki, bu yerlərə baxdıqda şəhərin necə viran qoyulduğunu aydın görmək olur. “Şuşada bir çox tarixi məkanlarda olduq. Əksər yerlərin, o cümlədən Xan sarayının dağıdılması məni məyus etdi”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduğu kimi, Şuşada da bərpa və yenidənqurma işlərinin sürətlə getdiyini bildirən jurnalist bu torpaqların gələcəyi ilə bağlı fikirlərinin müsbət olduğunu bildirib.

AZƏRTAC