İtaliyalı kulinar: Şuşa şəhərində beynəlxalq festivalların keçirilməsi şəhərin dirçəlməsi üçün çox gözəl imkandır
MÜSAHİBƏLƏR

İtaliyalı kulinar: Şuşa şəhərində beynəlxalq festivalların keçirilməsi şəhərin dirçəlməsi üçün çox gözəl imkandır

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak etdiyim üçün çox şadam. Festivalda çox gözəl atmosfer var. Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Biz burada özümüzü çox rahat hiss edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında italiyalı kulinar Elio Bevilaqua söyləyib.

İşğaldan azad olunmuş Şuşa şəhərində beynəlxalq festivalların keçirilməsinin şəhərin dirçəlməsi üçün çox gözəl imkan olduğunu vurğulayan qonaq deyib: "Ümid edirik ki, bu cür önəmli tədbirlər davamlı olaraq keçiriləcək və ölkənizin milli-mənəvi dəyərləri Azərbaycan xalqının mədəniyyət paytaxtında dünya ictimaiyyətinə təqdim ediləcək".

AZƏRTAC