IX Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatıb
İQTİSADİYYAT

IX Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatıb

İşğaldan azad olunan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada işini davam etdirən IX Qlobal Bakı Forumu yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Forumun iştirakçıları Şuşada panel müzakirələri aparıblar.

Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlamışdı.

AZƏRTAC