İyulun 1-də Azərbaycanda COVİD-19-a qarşı 86 minə yaxın doza vaksin vurulub
Səhiyyə

İyulun 1-də Azərbaycanda COVİD-19-a qarşı 86 minə yaxın doza vaksin vurulub

İyulun 1-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 85 min 889 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 826, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 44 min 63 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 597 min 108-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 256 min 816, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 340 min 292 nəfərdir.

AZƏRTAC