İyulun 16-da Azərbaycanda COVID-19 əleyhinə 2 min 168 doza vaksin vurulub
Səhiyyə

İyulun 16-da Azərbaycanda COVID-19 əleyhinə 2 min 168 doza vaksin vurulub

İyulun 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 168 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 443, ikinci doza vaksinlərin sayı 195, üç və daha çox doza vaksinlərin sayı 1303, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 227-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 789 min 842, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 361 min 284, ikinci mərhələ üzrə 4 milyon 856 min 73, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 321 min 239, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 251 min 246-dır.

AZƏRTAC