İyulun 20-də Azərbaycanda COVID-19 əleyhinə 2313 doza vaksin  vurulub
Səhiyyə

İyulun 20-də Azərbaycanda COVID-19 əleyhinə 2313 doza vaksin  vurulub

İyulun 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2313 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 445, ikinci doza vaksinlərin sayı 208, üç və daha çox doza vaksinlərin sayı 1420, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 240-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 796 min 260, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 362 min 567, ikinci mərhələ üzrə 4 milyon 856 min 564, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 325 min 160, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 251 min 969-dur.

AZƏRTAC