İyulun 21-də Azərbaycanda COVID-19 əleyhinə 2210 doza vaksin vurulub
Səhiyyə

İyulun 21-də Azərbaycanda COVID-19 əleyhinə 2210 doza vaksin vurulub

İyulun 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2210 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 417, ikinci doza vaksinlərin sayı 113, üç və daha çox doza vaksinlərin sayı 1416, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 800 min 702, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 363 min 408, ikinci mərhələ üzrə 4 milyon 856 min 833, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 327 min 959, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 252 min 502-dir.

AZƏRTAC