İyulun 26-da Azərbaycanda COVID-19 əleyhinə 2714 doza vaksin vurulub
Səhiyyə

İyulun 26-da Azərbaycanda COVID-19 əleyhinə 2714 doza vaksin vurulub

İyulun 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 714 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 635, ikinci doza vaksinlərin sayı 136, üç və daha çox doza vaksinlərin sayı 1649, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 294-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 807 min 963, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 365 min 3, ikinci mərhələ üzrə 4 milyon 857 min 242, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 332 min 374, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 253 min 344-dür.

AZƏRTAC