İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVİD-19 əleyhinə peyvənd vurulub
Səhiyyə

İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVİD-19 əleyhinə peyvənd vurulub

İyulun 29-da Azərbaycanda 84 min 247 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 min 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 609 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 798 min 286, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 777 min 752, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 20 min 534 nəfər təşkil edir.

AZƏRTAC