İyulun 3-də Azərbaycanda COVİD-19-a qarşı 70 minə yaxın doza vaksin vurulub
Səhiyyə

İyulun 3-də Azərbaycanda COVİD-19-a qarşı 70 minə yaxın doza vaksin vurulub

İyulun 3-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 69 min 718 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 55, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 38 663 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon  740 min 447-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 321 min 863, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 418 min 584 nəfərdir. 

AZƏRTAC