İyulun 30-da Azərbaycanda 87 mindən çox vətəndaşa COVİD-19 əleyhinə peyvənd vurulub
Səhiyyə

İyulun 30-da Azərbaycanda 87 mindən çox vətəndaşa COVİD-19 əleyhinə peyvənd vurulub

İyulun 30-da Azərbaycanda 87 min 286 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 min 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 37 min 183 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 885 min 572, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 827 min 855, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 57 min 717 nəfər təşkil edir.

AZƏRTAC