İyulun 31-də Azərbaycanda 86 min 790 vətəndaşa COVİD-19 əleyhinə peyvənd vurulub
Səhiyyə

İyulun 31-də Azərbaycanda 86 min 790 vətəndaşa COVİD-19 əleyhinə peyvənd vurulub

İyulun 31-də Azərbaycanda 86 min 790 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 514 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 972 min 362, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 880 min 131, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 92 min 231 nəfər təşkil edir.

AZƏRTAC