İyulun 7-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 55 min 169 doza vaksin vurulub.
Səhiyyə

İyulun 7-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 55 min 169 doza vaksin vurulub.

İyulun 7-də Azərbaycanda koronavirusa qarşı 55 mindən çox vaksin vurulubNazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24 min 211, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 958 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 910 min 624-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 396 min 007, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 514 min 617 nəfərdir.

AZƏRTAC