İyunun 13-də Azərbaycanda COVID-19 əleyhinə 3 doza vaksin vurulub
Səhiyyə

İyunun 13-də Azərbaycanda COVID-19 əleyhinə 3 doza vaksin vurulub

İyunun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci, ikinci və "buster" doza üzrə vaksinlər vurulmayıb. Üç və daha çox doza vaksinlərin sayı isə 3-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 744 min 946, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 350 min 968, ikinci mərhələ üzrə 4 milyon 851 min 55, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 295 min 428, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 247 min 495-dir.

AZƏRTAC