İyunun 14-də Azərbaycanda COVID-19 əleyhinə 1668 doza vaksin vurulub
Səhiyyə

İyunun 14-də Azərbaycanda COVID-19 əleyhinə 1668 doza vaksin vurulub

İyunun 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1668 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 273, ikinci doza vaksinlərin sayı 197, üç və daha çox doza vaksinlərin sayı 1076, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 122-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 746 min 614, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 351 min 241, ikinci mərhələ üzrə 4 milyon 851 min 252, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 296 min 504, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 247 min 617-dir.

AZƏRTAC