İyunun 2-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 123 doza vaksin vurulub
Səhiyyə

İyunun 2-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 123 doza vaksin vurulub

İyunun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 123 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 181, üç və daha çox doza vaksinlərin sayı 1438, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 178-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 728 min 289, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 348 min 519, ikinci mərhələ üzrə 4 milyon 849 min 400, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 284 min 160, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 246 min 210-dür.

AZƏRTAC