İyunun 20-də Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurulmayıb
Səhiyyə

İyunun 20-də Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurulmayıb

İyunun 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 753 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 352 min 263, ikinci mərhələ üzrə 4 milyon 852 min 231, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 300 min 756, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 248 min 137-dir.

AZƏRTAC