İyunun 8-də Azərbaycanda koronavirusa qarşı 39 min 640 doza vaksin vurulub
Səhiyyə

İyunun 8-də Azərbaycanda koronavirusa qarşı 39 min 640 doza vaksin vurulub

İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 39 min 640 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 555, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5085 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 586 min 410-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 646 min 054, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 940 min 356 nəfərdir.

AZƏRTAC