Jan-Mişel Brun: Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi üçün mühüm ölkəyə çevrilib
MÜSAHİBƏLƏR

Jan-Mişel Brun: Azərbaycan regionda sabitliyin möhkəmləndirilməsi üçün mühüm ölkəyə çevrilib

"Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda konfrans böyük əhəmiyyət daşıyır. Azərbaycan bu regionda sabitliyinin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilib.

Bunu AZƏRTAC-a müsahibəsində jurnalist Jan Mişel Brun söyləyib.

Şuşaya səfərindən məmnunluğunu ifadə edən jurnalist deyib: "Bu, mənim Şuşaya beşinci səfərimdir. Mən Şuşa haqqında kitab yazmışam bu kitab öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan xalqının yenidən dirçəlişini təcəssüm etdirir. Beləliklə, bugünkü konfrans çox əhəmiyyətlidir. Burada olan jurnalist ya mütəxəssislərin bütün suallarına çox aydın şəkildə cavab verməyə həmişə açıq olan Azərbaycan Prezidentinə suallar verməkdən şadıq".