Kadri Simson: Azərbaycan bizim etibarlı və etimad göstərdiyimiz tərəfdaşımızdır
MÜSAHİBƏLƏR

Kadri Simson: Azərbaycan bizim etibarlı və etimad göstərdiyimiz tərəfdaşımızdır

Bizim Azərbaycanla enerji sahəsində əlaqələrimiz çox güclənir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə bildirib.

K.Simson deyib: Azərbaycan bizim etibarlı, eyni zamanda, etimad göstərdiyimiz tərəfdaşımızdır. Biz Azərbaycanda enerji sahəsinə sərmayələr yatırırıq. Enerji sabitliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin böyük rolu var".

O qeyd edib ki, bu gün keçirilən tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, istixana qazlarının atmosferə atılmasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı. Hesab edirəm ki, Məşvərət Şurası çərçivəsində çox yüksək səviyyədə iclasımız oldu.