Kalinino Qərbi Azərbaycanın bir parçasıdır
Digər xəbərlər

Kalinino Qərbi Azərbaycanın bir parçasıdır

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrindən biridir.

İrəvan xanlığının ruslar tərəfindən işğalından 1828-ci il Türkmənçay müqaviləsindən sonra vəziyyət kökündən dəyişir. Rusiya bu torpaqlara 1828-1829-cu illərdə İrandan, 1830-cu ildə Türkiyədən çox sayda erməni köçürür. Həmin köçürmələr sonrakı onilliklərdə daha intensiv şəkil alır. Ermənilərin bölgəyə gətirilməsi ilə bərabər, yerli türk-azərbaycanlı əhali sıxışdırılıb çıxarıldı bu, dövlət səviyyəsində həyata keçirildi.

Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk abidələrinə sahib çıxması da məhz XIX yüzillikdə geniş vüsət alır. Bununla kifayətlənməyən haylar özününküləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini  itirməyə çalışırlar. Buna görə , tarixi mənbələrdə "məscid minarələr şəhəri" kimi qeydə alınan İrəvan şəhərində bu gün yalnız bir məscid qalmaqdadır ki, onu da ermənilər dünya ictimaiyyətinə fars məscidi kimi təqdim edirlər.

Loru nahiyəsində yerləşən Kalinino rayonu (keçmiş Varontsovka) Qərbi azərbaycanlıların ata-baba ərazisi olub. Rayon 1920-ci ildə yaradılıb. Rayon mərkəzi ilə İrəvan şəhəri arasındakı məsafə 174 kilometrdir. Rayonun ərazisi Cəlaloğlu, Allahverdi Gürcüstan Respublikasının Dmanisi (keçmiş Başkeçid) rayonu ilə  həmsərhəd idi. Kalinino rayonunun ərazisi, yəni Loru bölgəsi həmişə türklərin yaşayış məskəni olmuşdur. Bu yerlər XI-XIX əsrin əvvəllərinə kimi səlcuqların, sonra monqol-tatarların, səfəvilərin yaratdıqları dövlətlərin hakimiyyəti altında idi.

Kalinino rayonunda 1828-1831-ci illərə qədər türklər üstünlük təşkil etmişdir. Rayonun ərazisinə Türkiyədən İrandan müxtəlif illərdə kütləvi şəkildə ermənilər, Rusiyanın mərkəzi quberniyalarından malakanlar yerləşdirildikdən sonra etnik tərkib türklərin (azərbaycanlıların) ziyanına dəyişməyə başladı. Bundan başqa, çar Rusiyası dövründə aparılmış siyahıyaalınmalar zamanı saxtakarlığa yol verildi. Saxtakarlığı isə həmin dövrlərdə quberniyanın qəzanın statistika idarələrində işləmiş ermənilər etmişlər. Onlar türk kəndlərinin bir çoxunu ya siyahıya salmamış, ya əhalisini erməni kimi qələmə vermiş, ya da rəqəmlər ermənilərin xeyrinə dəyişdirilmişdi.

Kalinino rayonunun ərazisində ta qədimdən 1988-ci ilə kimi 16  kənddə azərbaycanlılar yaşamışdır.

Qərbi Azərbaycanın bütün bölgələrində olduğu kimi, Kalinino rayonundakı soydaşlarımız da 1905-1907, 1918-1920-ci illərdə deportasiyalara, erməni vandalları tərəfindən ağır işgəncələrə məruz qalmış, Moskvadakı ermənipərəst qüvvələr bu hadisələrə göz yummuş, daha doğrusu, xaç qardaşlarına arxa, dayaq olmuşdur.

1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən  etnik təmizləmələr zamanı Loru nahiyəsində, xüsusilə Kalinino rayonunun ərazisindəki kəndlər - Abəyli, Dəmirçilər, Qaraqala, Qızıldaş, Medovka, Nəzərov, Təzəkənd ermənilərin hücumuna məruz qalmışdır. Abəyli, Nəzərov Təzəkənd kəndləri tamam dağıdılmış yer üzündən silinmişdir. Ən dəhşətlisi budur ki, neçə-neçə körpə uşaqlar amansızlıqla qətlə yetirilmiş, su quyularına atılmış, barışıq bahənəsi ilə azərbaycanlılar mal tövlələrinə toplanmış, sonra isə od vurulub yandırılmışdır. Medovka kəndindən isə azərbaycanlılar qovulmuşdur. Hazırda ora rus kəndidir.

Qalan azərbaycanlı kəndlərinin əhalisinin bir hissəsi 1922-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra öz ata-baba yurdlarına qayıtdı. Kalinino rayonundakı azərbaycanlılar dağıdılmış yandırılmış kəndləri  az bir müddətdə yenidən quraraq dinc həyata başladılar. 1948-1953- illər deportasiyası Qərbi Azərbaycanın hər  yerində olduğu kimi, kalininolulardan da yan keçmədi. İ.Stalinin, Molotovun, Harutyunovun digər rəhbər postlarda işləyənlərin xəyanəti sayəsində həmin illərdə rayonun bir çox azərbaycanlı əhalisi məcburən "könüllülük" prinsipi adı ilə ata-baba yurdlarından Azərbaycanın Kür-Araz ovalığına digər ərazilərinə köçürüldü. Çoxları isə iqlim şəraitinə dözə bilmədi.

Kalinino rayonundakı soydaşlarımızın 1988-ci ildə dinc həyatı başa çatdı. Ermənilər Mixail Qorbaçovu ələ aldılar, onun ermənipərəst xanımı Raisanı daş-qaşla bəzədilər Qərbi azərbaycanlıların doğma yurdlarından  köçürülməsinə razılıq aldılar. Dağlıq Qarabağ problemini Moskva öz üzərinə götürdü. Az bir vaxtda, qışın şaxtalı günlərində 300 mindən çox azərbaycanlı məcburən ata-baba torpaqlarından ayrıldı. Ermənistanda bir nəfər olsun azərbaycanlı qalmadı. Vaxtilə İrəvan xanlığının ərazisi olan yerlər hay vandallarının əlinə keçdi.

Artıq 35 ildir ki, Kalinino rayonunun əhalisi ölkəmizin müxtəlif şəhərlərində, rayon mərkəzlərində, qəsəbələrində kəndlərində yaşayırlar.

Qürur hissi ilə qeyd etmək olar ki, Kalinino rayonunun Cəngavər, Babək, Koroğlu qeyrətli oğulları Birinci İkinci Qarabağ müharibələrində iştirak etmiş, rəşadətli döyüş yolu keçmiş, orden medallara layiq görülmüşlər.

Biz qabaqcıl neftçi, əslən Kalinino rayonundan olan Əli Alıyevlə söhbət edərkən o vurğuladı ki, 35 ildir ki, qaçqınlıq həyatı yaşayır. 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan ziyalılarının Prezident İlham Əliyevlə görüşü oldu. Ölkə başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad olundu. İndi isə ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdışı reallaşdırmaqdır.

Atlas geyimli dağlar, şərbət bulaqlar üçün darıxırıq. Əlbəttəbiz doğma yurda qayıdacağıq. Paşinyan onun faşist xislətli milləti bunu istəsə , istəməsə ...

Qədir ASLAN,

"Respublika".