Kartofçuluğun inkişafı diqqət mərkəzindədir
İQTİSADİYYAT

Kartofçuluğun inkişafı diqqət mərkəzindədir

Əsl  vətəni   Cənubi    Amerika   olan  kartof  ölkəmizdə   19-cu   əsrdən   etibarən   əkilib-  becərilir. Lakin   artıq   o   özünü  Azərbaycanda   geniş   yayılmış    bir   kənd   təsərrüfatı     bitkisi     kimi   təsdiqləyib. Buna   səbəb  aclıq   və   müharibə   illərində   onun çörəyi   əvəz    edə   bilmək  keyfiyyətidir. Kartof  yumrularının   tərkibində   quru  maddə, nişasta, həll  olmuş   sulu   karbonlar,   qlükoza  və  s. vardır. Elə  bu   keyfiyyətlərinə   görə   də    insanlar   onu   cox  vaxt  “ikinci    çörək”    adlandırırlar. Ölkəmizdə ərzaq tutumlu məhsulların istehsalına üstünlük verildiyi üçün kartofçuluq da inkişaf etdirilməkdədir.

Kartofdan   müxtəlif  xörəklər   və   salatlar   hazırlanılır. Təkcə  kartof    nişastasından   500  dən  çox  məhsul   istehsal  olunur. Xalq  təbabətində  də  müxtəif   xəstəliklərin   müalicəsində    kartof   şirəsindən  geniş   istifadə  olunur. Məsələn, mədə yarasında,   tənəffüs   orqanları,   onikibarmaq   bağırsaq   xəstəliklərinin   müalicəsində   və s.  Kartof  şirələri   dəridə  əmələ  gələn   ləkələri   təmizləyir, ağardır, sifətə   təravət, gözəllik  gətirir. Onun   Azərbaycanda    adambaşına   illik    istehlak  norması   50   kiloqramdır   ki,  bu   da  taxıl   və   tərəvəz   məhsullarından   sonra   üçüncü   sıradadır.

Dövlət   Statistika  Komitəsi   xəbər  verir   ki, ötən   il  ölkəmizdə  1  milyon   62   min    tona   yaxın   kartof    istehsal   olunub. Əvvəlki ilə nisbətən ötən il kartofun istehsalında 2,3 faiz artım var. Bu, hər hektardan   184    sentner məhsul deməkdir. Məhsuldarlıq əvvəlki   ildəkindən  10    sentner çoxdur.

Hər biri ayrı-ayrılıqda  180   min    tona   yaxın   məhsul   istehsal   edən Tovuz və Cəlilabad    rayonları bu sahədə liderdirlər. 155   min   tona   yaxın məhsul   toplayan Şəmkir, 127 min   tona   yaxın kartof   tədarük  edən Gədəbəy rayonları    sonrakı yerləri bölüşürlər. Qazax   35   min tondan çox, Qusar   33   min,   Sabirabad  30   min   tona    yaxın    məhsul istehsal edərək  kartofçuluqda önəmli   göstəriciyə   nail   olub.

Nəriman   CAVADOV,

“Respublika”.