Kəlbəcər rayonunda ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində operatorun ölməsi ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Kəlbəcər rayonunda ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində operatorun ölməsi ilə bağlı araşdırma aparılır

Kəlbəcər rayonunda yol çəkilişi zamanı ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction" şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

AZƏRTAC